Bellinqemin sosial şəbəkə hesabını oğurladılar
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İngiltərə millisinin və "Real"ın yarımmüdafiəçisi Cud Bellinqemin başına pis hadisə gəlib.
QOL.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi bu haqda öz İnstaqram hesabında məlumat yayıb.
Futbolçu X (keçmiş Tvitter) sosial şəbəkəsindəki səhifəsinin hakerlər tərəfindən sındırıldığını bildirib: “X hesabım oğurlandı. Məndən gələn heç bir mesaja məhəl qoymayın”.


