Icma.az
close
up
RU
Belqrad Universitetində Azərbaycanın Novruz ənənələri təqdim olunub

Belqrad Universitetində Azərbaycanın Novruz ənənələri təqdim olunub

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 17 mart, AZƏRTAC

Serbiyanın Belqrad Universitetinin Filologiya fakültəsində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Dili və Mədəniyyəti Mərkəzindən məlumata verilib. Mərkəzin direktoru filologiya üzrə fəlsəfə doktoru Günel Babanlı tədbirdə çıxış edərək Novruzun xalqlar arasında birlik, həmrəylik və mədəni irsin qorunması baxımından əhəmiyyətini vurğulayıb, Azərbaycan dilinin və milli dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacibliyini xüsusi qeyd edib.

Tədbir çərçivəsində Azərbaycanın Serbiyadakı səfirliyinin birinci katibi Gülnarə Məmmədova “Multikulturalizm və yaz ənənələri” mövzusunda çıxış edərək, müxtəlif xalqlar arasında qarşılıqlı hörmət və mədəni dəyərlərin paylaşılmasının əhəmiyyətini vurğulayıb. Daha sonra iştirakçılara Novruz bayramına həsr edilmiş video təqdim olunub.

Filologiya fakültəsinin Şərqşünaslıq kafedrasının müdir müavini Mirjana Marinkoviç “Azərbaycan dilinin tədrisi” mövzusunda çıxış edərək bu sahədə görülən işlərdən danışıb. Bildirib ki, Mərkəz 2018-ci ildə Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullanın təşəbbüsü, Azərbaycanın Serbiyadakı səfirliyi və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə yaradılıb. Azərbaycan dilinin tədrisinə 2019-cu il oktyabrın 18-dən başlanılıb və bu istiqamətdə uğurlu nəticələr əldə olunmaqdadır.

Tədbirdə Yunus Əmrə İnstitutunun nümayəndəsi Emrah Doğan “Mədəniyyətlərarası dialoq” mövzusunda çıxış edərək xalqlar arasında əməkdaşlıq və qarşılıqlı anlaşmanın vacibliyini diqqətə çatdırıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin 4-cü və 6-cı yay məktəblərinin iştirakçıları Aleksandra Mosuroviç və Marija Radovanoviç Azərbaycan haqqında slayd təqdim ediblər. Belqrad Universiteti Filologiya fakültəsinin tələbəsi Mina Radoviç Novruz atributlarına həsr olunmuş slayd təqdim edərək Azərbaycan dilində məlumat verib

Tədbirdə Azərbaycanın və Türkiyənin Belqraddakı səfirliklərinin nümayəndələri, Yunus Əmrə İnstitutunun müəllimləri, Belqrad Universitetinin Filologiya fakültəsinin müəllim və tələbələri, eləcə də hazırda təhsillərini Serbiyada davam etdirən azərbaycanlı tələbələr iştirak ediblər.

Bayram tədbirində qonaqlara milli şirniyyatlar təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Mart 2026 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see555

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see523

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see365

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see269

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see268

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see243

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see243

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see236

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see233

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see230

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see210

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see208

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see202

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see202

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see202

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see201

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see199

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see197

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri