Icma.az
close
up
RU
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub

Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub

Icma.az bildirir, Azertag portalına istinadən.

Belqrad, 9 iyun, AZƏRTAC

Azərbaycan Turizm Bürosu Serbiyanın paytaxtı Belqradda ölkəmizin ilboyu cəlbedici turizm məkanı kimi tanıdılması məqsədilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Serbiyanın dövlət qurumlarının təmsilçiləri, Beynəlxalq Xizək və Snoubord Federasiyasının, eləcə də hər iki ölkənin turizm sənayesinin və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, Azərbaycanla Serbiya arasında münasibətlər dövlət başçılarının rəhbərliyi ilə formalaşmış güclü dostluğa və strateji tərəfdaşlığa əsaslanır. O deyib ki, qarşılıqlı vizasız rejim, həyata keçirilən birgə təşəbbüslər və Bakı ilə Belqrad arasında birbaşa aviareysin istifadəyə verilməsi iki ölkənin turizm əlaqələrinin inkişafına, turist mübadiləsinin artmasına və işgüzar əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.

Tədbir çərçivəsində keçirilən B2B formatlı görüşlərdə 8 yerli turizm sənayesi təmsilçisi, eləcə də “Air Serbia” təmsilçiləri daxil olmaqla, Serbiyanın 30-a yaxın turizm şirkətinin nümayəndələri iştirak ediblər.

Seminar zamanı Azərbaycanın turizm məhsulları təqdim olunub, ölkənin ilboyu səyahət üçün cəlbedici istiqamət kimi təşviqi və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Eləcə də Serbiya media nümayəndələrinin iştirakı ilə brifinq keçirilib, Azərbaycanın turizm məhsulları və potensialı haqqında ətraflı məlumat verilib.

Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasıyev deyib ki, son illərdə ölkələrimiz arasında səmimi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri bütün sahələrdə kifayət qədər uğurla inkişaf edərək, strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatıb. Bu gün Serbiya Azərbaycanın Avropa qitəsindəki en etibarlı və ən yaxın dostlarından, tərəfdaşlarından biridir. Bu münasibətlər güclü siyasi təmələ əsaslanır.

Diplomat qeyd edib ki, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq uğurla inkişaf edir və daha böyük potensiala malikdir.

Serbiyanın turizm və gənclər nazirinin turizm üzrə müavini Vişnya Rakiç və Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid çıxışlarında ölkələrimiz arasında mövcud turizm əlaqələrindən və bu əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində görüləcək işlərdən danışıblar.

Tədbir çərçivəsində, həmçinin Azərbaycanın turizm potensialının təbliğinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Gecədə Azərbaycanın Əməkdar artisti, pianoçu, bəstəkar və aranjemançı İsfar Sarabskiniin özünəməxsus caz üslubunda təqdim etdiyi ifalar böyük maraqla qarşılanıb.

Xatırladaq ki, mayın 3-dən etibarən “Air Serbia” tərəfindən Bakı-Belqrad marşrutu üzrə həftədə iki dəfə birbaşa uçuşlar həyata keçirilir. Bakı–Belqrad marşrutu istifadəyə verildiyi gündən etibarən yüksək tələbatla qarşılanıb və reysin orta doluluq göstəricisi 87 faiz təşkil edib.

Müxbir- Abdulla Suvar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyun 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri