Sankt Peterburqda Azərbaycanın turizm potensialı təqdim olunub
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sankt-Peterburq, 3 noyabr, AZƏRTAC
Sankt-Peterburqda keçirilən Kreativ İqtisadiyyat Günlərində Azərbaycanın turizm potensialı təqdim olunub. MDB ölkələrinin dövlət qurumlarının, biznes dairələrinin və ekspert ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi beynəlxalq tədbirdə Azərbaycan Turizm Bürosunun Rusiyadakı nümayəndəliyi də iştirak edib.
AZƏRTAC xəbər verir ki, “Sodrujestvo” TRAVEL HUB Beynəlxalq Turizm layihəsi çərçivəsində təşkil edilən işgüzar proqram zamanı Tavriçeski sarayında “Kreativ iqtisadiyyat və turizm: ərazilərin inkişaf strategiyası” mövzusunda işgüzar səhər yeməyi keçirilib.
Tədbirdə Azərbaycan Turizm Bürosunun nümayəndəsi ölkənin turizm imkanlarına həsr olunmuş təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanın mədəni irsinə, moda və şopinq-turizmə, eləcə də müasir kreativ sənaye sahələrinə xüsusi diqqət yetirilib.
Azərbaycan tarixi ənənələrin müasir incəsənət, memarlıq, moda və qastronomiya ilə vəhdət təşkil etdiyi, ilin bütün fəsillərində turistləri qəbul edə bilən turizm məkanı kimi təqdim olunub.
Tədbir iştirakçıları regionun mədəniyyət və yaradıcılıq mərkəzlərindən biri kimi Bakının turizm imkanları ilə tanış olublar. Milli sənətkarlıq nümunələrinə, o cümlədən ənənəvi kəlağayı istehsalı sənətinə və Azərbaycan ornamentləri ilə bəzədilmiş zərgərlik məmulatlarına ayrıca diqqət yetirilib.
Təqdimatda, həmçinin Bakının və ölkənin bölgələrinin tarixi-mədəni görməli yerləri, “Şahdağ” və “Tufandağ” dağ-xizək kurortlarında istirahət imkanları, milli mətbəx, şərabçılıq ənənələri və "Slow Food Azerbaijan" qastronomiya istiqamətinin inkişafı barədə məlumat verilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 03 Noyabr 2026 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















