Icma.az
close
up
RU
Hanoyda Azərbaycanın turizm potensialı təqdim olunub

Hanoyda Azərbaycanın turizm potensialı təqdim olunub

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Siamen, 8 sentyabr, AZƏRTAC

Azərbaycanın Vyetnamdakı səfirliyi, Azərbaycan Turizm Bürosu və Hanoy Ticarət və Turizm Kollecinin birgə təşkilatçılığı ilə Hanoyda “Azərbaycanı kəşf et” adlı mədəniyyət və turizm tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və Azərbaycan mədəniyyətinin və turizm potensialının Vyetnamda tanıdılması məqsədilə təşkil olunan tədbirə Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Zenqstşmid, Vyetnam Milli Turizm Qurumunun sədr müavini xanım Nquyen Ti Hoa May, səfirlər, turizm mütəxəssisləri, Vyetnamın müxtəlif qurumlarından nümayəndələr və kollecin tələbələri qatılıblar.

Hanoy Ticarət və Turizm Kollecinin rektoru xanım Çin Ti Tu Ha çıxışında iki ölkə arasında dostluğun gücləndirilməsində mədəni mübadilənin vacibliyini vurğulayıb.

Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın ölkəmizə dövlət səfəri ilə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsindən sonra əlaqələrin daha da inkişaf etdiyini qeyd edib.

Xanım Nquyen Ti Hoa May çıxışında Vyetnam ilə Azərbaycan arasında turizm əməkdaşlığının böyük perspektivlərinin olduğunu vurğulayıb. O, Azərbaycanın zəngin mədəni irsi, tarixi abidələri və təbii gözəlliklərinin vyetnamlı turistlər üçün cəlbedici istiqamət ola biləcəyini bildirib. Eyni zamanda, turizm sahəsində qarşılıqlı təşviqatın aparılmasının, birgə layihələr və mübadilə proqramların iki xalq arasında qarşılıqlı anlaşmanı daha da gücləndirəcəyi qeyd olunub.

Florian Zenqstşmid Azərbaycanın turizm strategiyasını təqdim edərək, vyetnamlı turistləri qədim mədəni irs, müasir həyat tərzi və zəngin təbiəti özündə birləşdirən Azərbaycanı kəşf etməyə dəvət edib.

Azərbaycan Turizm Bürosunun nümayəndəsi Gunel Ələkbərova isə “Azərbaycanı kəşf et” mövzusunda ölkəmizin turizm potensialı və istiqamətləri haqqında ətraflı təqdimatla çıxış edib.

Tədbir sual-cavab sessiyası və Vyetnamın çay mədəniyyətinin təqdimatı ilə davam edib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Siamen

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2025 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri