Icma.az
close
up
RU
Menu

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

Qvardiola Mançester Siti nin matçında

Ankara və İrəvanın yeni məramları nədir?

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

“Benfika” “Çelsi”nin təzyiqinə əlavə vaxta qədər dözdü

“Benfika” “Çelsi”nin təzyiqinə əlavə vaxta qədər dözdü

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

“Benfika” ilə “Çelsi”nin 1/8 finaldakı duelinin gərgin mübarizə şəraitində keçəcəyini düşünmək olardı.

Bu başqa məsələ ki, indiyəqədərki statistika portuqaliyalılara yaxşı heç nə vəd etmirdi. “Qartallar” 2014-cü ildən bəri İngiltərə klublarına qalib gəlmirdi, şəxsi oyunlarda isə “Çelsi”yə həmişə uduzmuşdu.
Düzdü, “Benfika” qrup mərhələsində turnirin favoritlərindən sayılan “Bavariya”nı məğlub etmişdi. Və “zadəganlar” ən azı bu məqama görə müəyyən mənada ehtiyatlanmalıydı.
Etiraf etmək lazımdı ki, “Çelsi” hər iki hissədə rəqibdən üstün təsir bağışladı. İngiltərə təmsilçisi hələ fasiləyə qədər hesabı açmalıydı. Təkcə elə Kukurelya iki gözəl imkanı boşa verdi. 2-ci hissənin ortalarında “Çelsi” istədiyinə nail oldu. Ceyms cərimə zərbəsindən topu qapının aşağı küncünə vurmaqla qrup mərhələsində yaxşı oyun göstərən Trubini məyus etdi.
Bir neçə dəqiqə sonra ukraynalı qapıçını arxada qoyan Delap komandasının 2-ci qolunu vursa da, hakim ofsayd qeydə aldı. 86-cı dəqiqədə turnirdə növbəti dəfə qasırğa təhlükəsinə görə oyun dayandırıldı. Komandalar meydana bir də iki saatdan sonra qayıtdı.
Oyun canlanan kimi hesab bərabərləşdi. Hüsto əllə oynadığına görə VAR-ın da yardımı ilə penalti təyin olundu. Təcrübəli Di Mariya imkanı əldən vermədi. Maraqlıdı ki, argentinalı ulduz 4 qolun hamısını penaltidən vurub. Düşünmək olardı ki, sonda gələn qol “qartallar”a psixoloji planda daha yaxşı təsir edəcək. Ancaq əlavə vaxt başlayan kimi Koluillə qarşı sərt oynayan gənc Prestianni “sarı” ilə cəzalandı, vərəqənin rəngi avtomatik “qırmızı” oldu və “Benfika” azlıqda qaldı.
Nominal qonaqlar say üstünlüyündən ən yaxşı şəkildə yararlandı, ardıcıl üç qol vurdu. Beləliklə, ən yaxşı 8 komanda arasına düşən “Çelsi”ni irəlidə “Palmeyras”la duel gözləyir.
Benfika – Çelsi 1:4 (0:0, 1:1, 0:3), ə.v.
Benfika (Lissabon, Portuqaliya): Trubin, Dal, Otamendi, A.Silva, Eursnes (Veloso, 85), Kökçü (Qoveya, 85), Florentino (Belotti, 70), Şelderup (Aktürkoğlu, 46), Barreyro, Di Mariya, Pavlidis (Prestianni, 70).
Çelsi (London, İngiltərə): Sançes, Badyaşil (Adarabioyo, 69), Koluill (Anselmino, 118), Ceyms (Hüsto, 80), Kukurelya, Kaysedo, Lavia (Çaloba, 86), Fernandes (Dyusberi-Holl, 80), Palmer, Delap (Nkunku, 80), Neto.
Qollar. Ceyms, 64 (0:1). Di Mariya, 90+5-p. (1:1). Nkunku, 108 (1:2). Neto, 114 (1:3). Dyusberi-Holl, 117 (1:4).
Vərəqələr: Pavlidis, 50. Kaysedo, 61. Florentino, 62. Kökçü, 82. A.Silva, 90+5. Palmer, 92. Prestianni, 90+6. Koluill, 102. Qoveya, 120+1 – sarı. Prestianni, 91 – qırmızı (ikinci sarı).
Hakim: Slavko Vinçiç (Sloveniya).
28 iyun. Şarlott. 60927 tamaşaçı.
Oyundan sonra
Entso Mareska, “Çelsi”nin baş məşqçisi:

“Çıxışımızla qürur duyuram, çox qürur duyuram. Uzunmüddətli fasilədən sonra sanki yeni oyun başladı. Bir saatdan artıq gözləmək asan deyil. Ancaq biz mübarizəni davam etdirdik və haqq etdiyimiz qələbəni qazandıq. Turnirdə ən güclü 8 komanda arasında yer aldığımıza görə çox xoşbəxtik”.

Levi Koluill, “Çelsi”nin müdafiəçisi:

“Biz qalibik. Bu oyunda qalib gəlməkdən başqa seçimimiz yox idi. Hamımız bunu bilirdik, qələbəyə inanırdıq. Hətta onlar qol vurandan sonra da başımızı aşağı salmadıq. Qol vəziyyətləri yarada biləcəyimizi anlayırdıq. Hesab meydanda yaşananları tam əks etdirir”.

Bruno Laje, “Benfika”nın baş məşqçisi:

“İlk yarıda daha yaxşı oynaya bilərdik, xüsusən də hücum planında. Hesabı bərabərləşdirəcəyimizə də inanırdıq. Oyun bərpa olunandan sonra “artırdıq”, mübarizəni overtayma daşıya bildik. Prestianni qovulandan sonra belə səviyyəli rəqibə qarşı oynamaq çox çətin idi. Belə şəraitdə oynamaq onsuz da çətindi, oyunçun qovulursa, yarım saat mübarizə aparmaq daha da çətinləşir. Əlavə vaxtın ilk yarısında “Çelsi”dən daha yaxşı oynadıq, dörd təhlükəli vəziyyət yaratdıq, ən azı bir qol vura bilərdik. Ancaq sonra qapımızda top gördük, hesab 1:2 oldu və bununla da hər şey bitdi. Belə məğlubiyyəti qəbul etmək çətindi”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 İyul 2025 02:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see375

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see276

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see232

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see219

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see201

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see197

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see189

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see188

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see187

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see180

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see178

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see174

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see173

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see172

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see171

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see168

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see168

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see166

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see165

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri