Benzin və dizel gələn il bahalaşacaq? İqtisadçı AÇIQLADI
Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, Milli Məclisdə Vergi Məcəlləsinə bəzi dəyişikliklər təklif olunub. İdxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinə 0,02 manatdan 0,07 manata artırılır.
Bu dəyişiklik 2026-cı ilin əvvəlindən qüvvəyə minəcək.
Maraqlıdır, sözügedən dəyişiklik yanacağın qiymətinin artmasına səbəb olacaq?
Demokrat.az Sfera.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda Aİ 92 və dizel qiymətlərini hökumət müəyyənləşdirir.

Onun sözlərinə görə, qiymət təyin edəndə daha çox daxili bazar konyukturası nəzərə alınır:
“Ona görə də, iqtisadçılar bu haqda proqnoz verə bilmirlər, çünki, peşəkar iqtisadçı trendləri, dünyada neft qiymətləri, qonşu ölkələrdəki vəziyyəti, ölkə daxilində vergi-aksiz siyasətini nəzərə alıb analiz edir. Azərbaycanda isə bu meyarlar işləmir.
Məsələn, Azərbaycanda hökumət ən son 2024-cü ilin 30 iyun tarixində qiymətləri artırdı, Aİ 92 litrə görə 10 qəpik, dizel isə 20 qəpik bahalaşdı. Rəsmi açıqlamada da dedilər ki, dünyada neft bahalaşıb, ona görə bu addımı atıblar – 2024-cü ilin iyun ayının 30-da “Brent” markalı neftin bareli 86 dollar idi”.
N.Cəfərli qeyd edib ki, 2024-cü ildə qiymət artımına gediləndə səsləndirilən meyarlar indi aradan qalxıb. O bu məntiqlə qiymətlərin enməli olduğunu dedi:
“Yəni hökumətin qərar verərkən arqumenti dünyada neft qiymətləridirsə, bu gün “Brent” markalı neftin qiyməti 63 dollardır, deməli, əsl məntiqi ardıcıllıq qursaq, indi hökumət yığışıb benzin-dizelin qiymətini, heç olmasa, 10-15% endirməlidir. Gələn il isə neft qiyməti daha aşağı olacaq, 2026-cı ilin ortalama qiymət koridoru 55-65 dollar arası olması gözlənilir. Deməli, hökumət benzin-dizelin qiymətini artırmamalı, hətta, heç olmasa, bir az endirməlidir”.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:“Gələn il benzin və dizel bahalanacaq” İqtisadçı qiymətlərin nə qədər olacağını açıqladı
24 Oktyabr 2025 11:56
Gələn il benzin və dizel avtomobillər bahalaşacaq SƏBƏB
17 İyun 2025 13:12
Benzin və kommunal xidmətlər bahalaşacaq EKSPERT AÇIQLADI
05 Yanvar 2026 14:35
Benzin və dizel BAHALAŞACAQ
12 May 2025 16:23
Baxış sayı:117
Bu xəbər 03 Dekabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları