Icma.az
close
up
RU
Gələn il benzin və dizel avtomobillər bahalaşacaq SƏBƏB

Gələn il benzin və dizel avtomobillər bahalaşacaq SƏBƏB

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda elektrik və hibrid avtomobillərin idxalına və satışına verilən güzəştin müddəti 2026-cı ilin yanvarın 1-də başa çatır. Əgər güzəşt müddəti uzadılmasa yeni ildən ölkəmizə elektrik və hibrid avtomobillərin idxalına görə vergi və rüsum alınacaq.  

Mövcud qaydalara əsasən, elektrik avtomobilləri idxal edilən zaman rüsum və əlavə dəyər vergisi (ƏDV) alınmır. Avtomobil sahibləri yalnız gömrükdə xidmət haqqı ödəyirlər.

Hibrid avtomobilləri idxal etdikdə isə istehsal tarixi 3 ilə qədər olduqda ƏDV ödənişi tələb edilmir, avtomobil sahibləri yalnız idxal rüsumu və xidmət haqqı ödəyirlər.

Sfera.az xatırladır ki, bu güzəştlər 2019-cu ildən tətbiq olunur. İlk dəfə 2019-cu ildə elektrik avtomobillərinin idxalına güzəştlər verilib. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən 2019-cu ilin 1 yanvar tarixindən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı əlavə dəyər vergisindən azad olunub. 2022-ci ilin 1 yanvar tarixindən isə yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı da ƏDV-dən azad edilib. Həmçinin elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad olunub.

Hibrid avtomobillərinin idxalı üçün yaradılan güzəştlər 2022-ci ildən tətbiq olunur. Vergi Məcəlləsinin 164.1.41-1 maddəsinə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib.

Elektrik və hibrid avtomobillərin idxalına güzəştlər 2025-ci ilin yanvarın 1-də bitməli idi. Amma güzəşt məsələsinə 2023-cü ildə yenidən baxılıb və azadolma müddəti 2026-cı il yanvarın 1-dək uzadılıb.

Əgər güzəşt müddətinin yenidən uzadılmasına 2025-ci ilin sonuna kimi baxılmasa, o halda 2026-cı ilin yanvarın 1-dən elektrik və hibrid avtomobillərin də idxalına görə rüsum və ƏDV hesablanacaq.

Qeyd edək ki, elektrik və hibrid avtomobillərə güzəştlərin tətbiqi Azərbaycanın avtomobil parkına və daxili bazarda avtomobil qiymətlərinə təsir edib.

Son iki ilin təcrübəsi göstərir ki, Azərbaycanda avtomobil almaq istəyənlər hibrid və elektrik avtomobillərə daha çox üstünlük verməyə başlayıblar. Bunu statistik məlumatlar da təsdiqləyir.

2020-ci ildə Azərbaycana 5 080 ədəd hibrid, 167 ədəd elektrik avtomobili idxal olunmuşdu. Bu, cəmi idxal edilən avtomobillərin 9,76 faizini təşkil edirdi. 2024-cü ildə hibrid avtomobillərin (plug-in hibridlər də daxil olmaqla) idxal sayı 26 143 ədədə, elektrik avtomobillərin sayı 3 027 ədədə yüksəlib. Cəmi idxalda elektrik və hibrid avtomobillərin payı 32 faizə çatıb.

2024-cü ildə dinamika bir qədər də yaxşılaşıb və idxal edilən minik avtomobillərinin 35 faizdən çoxu hibrid və ya elektrik avtomobili olub.

2025-ci ilin yanvar-aprel ayları ərzində də elektrik və hibrid avtomobillərin idxalında yüksəliş müşahidə edilib və ilk dəfə olaraq minik avtomobillərinin təxminən yarısını sözügedən avtomobillər təşkil edib. İlk 4 ayda 14 945 ədəd hibrid və elektrik avtomobili idxal olunub ki, bu da cəmi minik avtomobillərinin 48,5 faizini təşkil edib.

Ümumilikdə, 2020-ci ildən 2025-ci ilin mayın 1-nə kimi Azərbaycana 91 mindən çox hibrid və elektrik avtomobil gətirilib. Hazırda ölkəmizdə olan minik avtomobillərinin 6 faizə qədəri elektrik və hibrid avtomobilidir.

Bəs güzəşt müddətləri uzadılmasa nə baş verəcək?

Əgər güzəşt müddətləri uzadılmasa böyük ehtimalla benzin və dizel avtomobillərin qiymətində artım baş verəcək. Hazırda avtomobil bazarında benzin və dizel avtomobillərin qiymətində durğunluq, hətta bir qədər azalma müşahidə olunur. Avtomobil satışına dair elanlardan görünür ki, qiymətlərin azalmasına baxmayaraq benzin və dizel avtomobillərə əvvəlki qədər tələb yoxdur. Tələbin önəmli hissəsi hibrid avtomobillərə yönəlib.

Proqnozlaşdırmaq olar ki, güzəştlərin tətbiqi uzadılmasa hibrid və elektrik avtomobillərin dəyəri kəskin şəkildə artacaq və bu, yenidən benzin və dizel avtomobillərə tələbi artıracaq. Bu halda benzin və dizel avtomobillərin dəyərinin artması ehtimalı böyükdür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 İyun 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri