Icma.az
close
up
RU
“Gələn il benzin və dizel bahalanacaq” İqtisadçı qiymətlərin nə qədər olacağını açıqladı

“Gələn il benzin və dizel bahalanacaq” İqtisadçı qiymətlərin nə qədər olacağını açıqladı

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


2025-ci ildə Azərbaycanda həm benzin, həm də dizel yanacağının qiyməti sabit qalsa da, 2026-cı ildə bu vəziyyətin dəyişməsi ehtimalı yüksəkdir.
Bunu Yeniavaz.com-a danışan iqtisadçı-ekspert Allahverdi Aydın deyib.
O bildirib ki, gələn ilin dövlət büdcəsinə yol vergisindən daxilolmaların kəskin artacağı proqnozlaşdırılıb:
“Bu da yanacaq qiymətlərinə birbaşa təsir göstərə biləcək əsas amillərdən biridir. Məsələn, hazırda “Aİ-92” markalı benzinin topdansatış qiyməti 1 ton üçün 1 289 manat 82 qəpikdir. Bunun üzərinə 26,2 manat yol vergisi əlavə olunduqda, pərakəndə satış qiyməti 1 441 manata, yəni 1 litr üçün 1,10 manata çatır. Bu ilin sonuna qədər həmin vergidən büdcəyə 45,5 milyon manat daxil olacağı gözlənilir. Amma gələn il bu göstəricinin 2,9 dəfə artaraq 131,2 milyon manata çatacağı proqnozlaşdırılır. Eyni hal dizel yanacağı üçün də keçərlidir. Hazırda dizelin topdansatış qiyməti 1 ton üçün 1 041 manat 21 qəpikdir. Üzərinə 23,8 manat yol vergisi əlavə ediləndə pərakəndə qiymət 1 190 manat, yəni 1 litr üçün 1 manat olur. Bu ilin yekununda dizeldən toplanan yol vergisi 51,3 milyon manat təşkil edəcək, amma gələn il bu rəqəm 3,3 dəfə artaraq 169,7 milyon manata yüksələcək”.
İqtisadçı deyir ki, bu artım təkcə istehsal olunan yanacaqdan deyil, həm də idxal olunan yanacaqdan alınan vergilərlə bağlıdır:
“Xaricdən gətirilən benzindən toplanan yol vergisindən daxilolmalar 10,8 dəfə artaraq 2,3 milyon manatdan 24,85 milyon manata qədər yüksələcək. Yəni həm daxili istehsaldan, həm də idxaldan dövlətə daha çox vergi gəliri daxil olacaq. Bu da ya satış həcminin, ya da qiymətlərin artması hesabına mümkündür. Diqqətçəkən məqam isə odur ki, gələn il ölkədə həm benzin, həm də dizel istehsalının azalacağı gözlənilir. Yəni bazarda təklif azalacaq, amma vergi daxilolmaları kəskin artacaq. Bu isə bir iqtisadi qanunauyğunluğa görə qiymətlərin yüksəlməsinə zəmin yaradır”.
Bəs, belə bir vəziyyətdə qiymətlərin dəyişməz qalması mümkündürmü?
Allahverdi Aydın bildirir ki, açıqlnan rəsmi məlumatlar gələn il benzin və dizelin bahalaşacağını göstərir:
“SOCAR və onun törəmə müəssisələrinin gələn il üçün dövlət büdcəsinə ödəyəcəyi vergi məbləği 2025-ci ilin proqnozu ilə müqayisədə 180 milyon manat və ya 9,6 faiz azalacaq. Bunun səbəbi həm xam neft və qaz hasilatının azalması, həm də neft emalı həcminin 11,9 faiz aşağı düşməsi ilə bağlıdır. Yəni SOCAR-ın gəlirləri və dövlətə ödədiyi vergilər azalır. Belə şəraitdə benzin və dizel qiymətlərinin dəyişməz qalması çətin görünür. Çünki SOCAR həm hasilat, həm də emal tərəfdə daha az gəlir əldə edəcək, eyni zamanda daxili bazara satılan yanacağın həcmi də azalacaq. Bu isə məhsulun maya dəyərini artırır. İstehsal azaldıqca sabit xərclər – əməkhaqqı, texniki xidmət, avadanlıqların saxlanılması və s. daha az məhsulun üzərinə düşür və nəticədə hər litr yanacağın istehsal qiyməti bahalaşır. Digər tərəfdən, qeyd etdiyimiz kimi dövlət gələn il yol vergisindən daxilolmaları təxminən üç dəfə artırmağı planlaşdırır. Yəni hökumət bu sahədən daha çox gəlir gözləyir. SOCAR-ın ümumi gəlirləri azalır, dövlət isə yanacaqdan daha çox vergi toplamaq niyyətindədir. Bu iki istiqamətli təzyiq – yəni həm hasilat azlığı, həm də vergi artımı, qiymətlərin sabit qalmasını iqtisadi baxımdan demək olar ki, mümkünsüz edir”.
Bəs,benzin və dizelin qiyməti nə qədər arta bilər?
“Nəticə etibarilə, 2026-cı ildə benzin və dizel yanacağının qiymət artımı real ehtimaldır. Artımın miqyası hökumətin tənzimləyici siyasətindən, SOCAR-ın daxili resurslarından və qlobal neft bazarındakı vəziyyətdən asılı olacaq. Hazırkı göstəricilərə əsasən, qiymətlərin təxminən 10 – 20 faiz artması mümkündür. Bu halda “Aİ-92” markalı benzinin litri ən azı 1,20 – 1,30 manata, dizelin qiyməti isə 1,10 – 1,20 manata qədər qalxa bilər”, - deyə iqtisadçı bildirib.
Elnur Əli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 24 Oktyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri