Icma.az
close
up
RU
Bərdə terroru Azərbaycan xalqının birliyini və təhlükəsizlik düşüncəsini gücləndirdi ŞƏRH EDİLDİ

Bərdə terroru Azərbaycan xalqının birliyini və təhlükəsizlik düşüncəsini gücləndirdi ŞƏRH EDİLDİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bərdə terrorunun törədilməsindən 5 il ötür, lakin o günün dəhşətləri bu gün də hər bir azərbaycanlının yaddaşında canlıdır". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, 2020-ci ilin 28 oktyabr tarixində Ermənistan silahlı qüvvələri Bərdəyə “Smerç” tipli kaset bombaları ilə hücum edərək onlarla dinc sakinin həyatına son qoydu, yüzlərlə insanı yaraladı. Bu, təkcə müharibə cinayəti deyil, həm də insanlığa qarşı açıq terror aktı idi: "Bu hadisə Azərbaycan cəmiyyətində dərin psixoloji iz buraxdı, eyni zamanda xalqımızın birliyini və mübarizə əzmini daha da gücləndirdi. Hər kəs anladı ki, düşmən təkcə əsgərlə yox, xalqla da döyüşür, məqsədi qorxu yaymaq və müqaviməti sındırmaq idi. Amma əksinə, Bərdə faciəsi Azərbaycan xalqının bir yumruq kimi birləşməsinə, ordumuza və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyinə olan inamın daha da artmasına səbəb oldu. Strateji baxımdan bu hadisə Azərbaycanın müdafiə və təhlükəsizlik sistemində də ciddi dəyişikliklərə təkan verdi. Hərbi ekspert kimi qeyd etməliyəm ki, son beş ildə Azərbaycan təkcə döyüş meydanında deyil, informasiya və diplomatik cəbhədə də daha çevik və peşəkar yanaşma formalaşdırıb. Bərdə terroru göstərdi ki, mülki əhalinin qorunması, hava hücumundan müdafiə sistemlərinin daha da gücləndirilməsi, eləcə də beynəlxalq hüquqi mübarizə mexanizmlərinin aktivləşdirilməsi prioritet olmalıdır.

Beynəlxalq səviyyədə isə təəssüf ki, həmin dövrdə bu terror aktı lazımi səviyyədə qiymətləndirilmədi. Bu, ikili standartların bir daha təzahürü idi. Lakin Azərbaycan indi öz həqiqətlərini daha güclü səs və faktlarla dünyaya çatdırır. Bərdə terrorunun sənədləşdirilməsi, beynəlxalq tribunalarda müzakirə olunması və günahkarların cəzalandırılması istiqamətində addımlar atılmalıdır. Bərdə faciəsi bir daha sübut etdi ki, Azərbaycan sülh istəyən, amma təhlükəsizliyini hər zaman qorumağa hazır dövlətdir. Bu hadisə həm hərbi, həm siyasi, həm də milli mənəvi baxımdan Azərbaycanın gələcək təhlükəsizlik konsepsiyasının formalaşmasında mühüm dönüş nöqtəsi oldu".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Oktyabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri