Icma.az
close
up
RU
Bərdədə 34 yaşlı oğlan qohumunun qulağını qopardı

Bərdədə 34 yaşlı oğlan qohumunun qulağını qopardı

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Bərdə rayonunda 1991-ci il təvəllüdlü Elmir həmyerlisi Sədiyə xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 2 oktyabr 2022-ci ildə Bərdə rayonu, Mollaisalar kəndində baş verib. 
Kənd sakini Elmir pay torpaqlarından kəndə gələn torpaq yolun kənarında həmkəndlisi və qohumu Sədi ilə rastlaşan zaman əvvəllər aralarında yaranmış münaqişə zəminində qisas almaq məqsədi ilə əlində olan müəyyən edilməsi mümkün olmayan əl ağacı ilə onun başının ənsə nahiyəsinə və bədənin müxtəlif nahiyyələrinə zərbələr vurub. 
Hadisəni törədən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş Cinayət Məcəlləsinin 126.2.4-cü  maddəsi ilə elən olunmuş ittihamda özünü təqsirli bilməyib. O, Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirli bilib. O, ifadəsində göstərib ki, zərəçəkmiş şəxs ilə yolda qarşılaşıb: “Mən zərərçəkmiş şəxsi gözümü açandan tanımışam. Onunla həm qonşu, həmdə qohum olmuşuq. 2018-ci ildə mənim valideyinlərim ilə zərərçəkmiş şəxsin arasında çəpərə görə mübahisə olub. Bundan sonra  valideyinlərimdən şikayət edərək onları şərlədi”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, ümumiyyətlə zərərçəkmiş Sədi onun bütün qohumlarını şərləyib, hər dəfə də onun qohumları polis şöbəsinə dəvət ediliblər: “Əvvəllər onu döyməm faktı ilə bağlı Cinayət Məcəlləsinin 127-ci maddəsi üzrə cinayət işinə baxıldı. 2022-ci ildə mən evə gəldim və zərərçəkmiş şəxsin mənim qardaşım uşaqlarına əxlaqsız söyüşlər söyməsi məlum oldu. Valideyinlərim ilə Sədinin mübahisəsi olduğunu düşündüm. Buna görə də hər dəfə mən öz valideyinlərimi sakitləşdirmişəm. Mən zərərçəkmiş şəxsin bacısı Tünzalə, zərərçəkmiş şəxsin oğlu və zərərçəkmiş şəxsin özünə dəfələrlə zəng edərək onların qohum olmalarımı, hər hansı bir artıq hərəkətlərin olmamasını bildirmişəm. Mənim anam tövlədən mal-qaranı çıxaran zaman zərərçəkmiş guya mal heyvana söyüş edirmiş kimi anamın ünvanına, ağzına-üzünə söyüş söyüb”. 
Məhkumun ifadəsinə görə, bundan sonra Sədini sahədə tutub və döyüb: “Mənim ilkin niyyətim zərərçəkmiş şəxsin qulağını kəsmək olub. Sədini görəndə onun əlində bıçaq olub. Mən onu ilk dəfə vurduqdan sonra yerə yıxıldı. Ardınca ayağa qalxaraq hadisə yerindən uzaqlaşmaq istədi. Mən onu tutaraq saxladım. Həmin vaxt zərərçəkmiş şəxsi döyərkən ona "üzr istə, səni buraxım" dedim. Lakin hər hansı cavab vermədi. Daha sonra onun qulağını dişləyərək qopardım. Ardınca qol və baş nahiyəsini dişlədim. Mən onu ağac parçası ilə də vurmuşam. Onu soyundurmamışam və ərazidən uzaqlaşarkən şalvarı üzərində olub. Məqsədim onun bədəninə ağac yeritmək olsaydı, bunu elə zərərçəkmiş şəxsin əlində olan şumal ağacla həyata keçirərdim”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Sədinin sözlərinə görə, təqsirləndirilən şəxs tanıyıb, onların aralarında torpaq mübahisəsi olub və həmin torpaq mübahisəsi ilə bağlı onu bir neçə dəfə hədələyiblər: “Bundan sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə hədələnməm bağlı məlumat vermişəm. Elmir mənə qarşı plan qurub. Gələndə qəfildən qarşıma çıxıb və mənə sürpriz” deyib. Həmin vaxt qaçmaq istəyərəkən, arxadan baş nahiyyəmdən vurdu. Mən yerə yıxıldım. Bundan sonra əynimdə olan paltarlarımı çıraraq çıxardı. Təqsirləndirilən şəxs əlində olan ağac parçası ilə məni bir neçə dəfə vurdu. Mən həmin vaxt müqavimət göstərdim. Əlində olan ağac parçasını mənim arxa hissəmə yeritmək istədi. Mənim əlimdə çantam olub. Mən həmin çantanı yerə ataraq qaçmaq istəmişım. Mən sol qulağımdan xəsarət almışam. Təqsirləndirilən şəxs dəfələrə məni döyməyə vurmağa cəhd edib. Mən həmişə təqsirləndirilən şəxsdən qaçmışam”. 
Zərərçəkmişin bildirdiyinə görə, təqsirləndirilən şəxs onun əynində olan paltarlarını çıxarıv və ağac parçasını onun arxa nahiyyəsinə salıb: “Həmin vaxt təqsirləndirilən şəxs mobil telefonu çıxararaq çəklişlər aparıb.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elmirin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 3 il sınaq müddəti olmaqla 3 il 15 gün müddətinə şərti cəza alıb. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Avqust 2025 06:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see255

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see249

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see229

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see224

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see223

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see220

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see219

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see215

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see213

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see201

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see186

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see184

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see184

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see176

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see175

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see167

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see167

ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar Hafiz Paşayev

02 Oktyabr 2026 18:35see165

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri