Icma.az
close
up
RU
Dişləyərək qulağını qopardı torpaq davasının TƏFƏRRÜATI

Dişləyərək qulağını qopardı torpaq davasının TƏFƏRRÜATI

News24 saytına istinadən Icma.az xəbər verir.

Bərdə rayonu, Mollaisalar kəndində qohumlar arasında baş verən davanın təfərrüatı məlum olub. Dava zamanı tərəflərdən biri digərinin qulağını dişləyərək qoparıb.

News24.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Elmir uşaqlıqdan bir yerdə böyüdüyü, qohumu, həm də həmkəndlisi olan Sədini döyüb.

Davaya səbəb ailələr arasında illər əvvəl başlayan torpaq davası olub. Onlar arasındakı dava-dalaş dəfələrlə polis bölməsində bitib. Sonuncu davada isə Elmir Sədiyə ağır xəsarət yetirib.

Elmir qohumu Sədini təklikdə tutaraq onu döyməyə başlayıb. İttihama görə, əvvəlcə ağacla Sədini döyüb. Sonra onun sol qulağını dişləyərək qoparıb. Elmirin daha sonra Sədinin paltarlarını soyundurduğu da istintaq tərəfindən müəyyən edilib.

Törətdiyi əmələ görə Elmirə qarşı Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham irəli sürülüb. Lakin məhkəmə bu ittihamın sübuta yetirilmədiyi qənaətinə gəlib. Elmirin bu əməli xuliqanlıq niyyəti ilə törətmədiyi, hadisə zamanı qeyd edilən taxta parçasının aşkar edilməməsi, iş üzrə heç bir şahidin olmaması və zərərçəkmişin dediklərinin sübutlarla təsdiq edilməməsi məhkəmə tərəfindən araşdırılıb.

Məhkəmə həmçinin tərəflər arasında barışıq əldə edilməsini də yüngülləşdirici hal kimi nəzərə alıb.

Buna görə də Elmirin əməli Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilərək cəzası yüngülləşdirilib.

Bu maddə ilə Elmirə 3 il cəza təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə azadlığa buraxılıb./Musavat.com

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://news24.az
archiveBu xəbər 13 İyun 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri