Bərdədə sanitar 70 yaşlı xəstəni döydü
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib.
Lent.az Oxu.Az-a istinadən xəbər verir ki, sanitarın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü bildirilir.
Qeyd edilib ki, hadisədən əvvəl 70 yaşlı kişi pasiyent huşsuz vəziyyətdə olarkən qadın köməksiz vəziyyətdəki pasiyenti nalayiq ifadələrlə təhqir edib və fiziki şiddət göstərib.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, aparılan araşdırma zamanı II Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində çalışan sanitar qadının stasionar müalicədə olan, köməksiz və huşsuz vəziyyətdəki pasiyentə qarşı qeyri-etik davranışa və zorakılığa yol verdiyi müəyyən edilib: “Faktla bağlı müəssisənin Tibbi Şurasında iclas keçirilib. Əməkdaşın əmək funksiyalarını və peşə etikası qaydalarını kobud şəkildə pozması, habelə əvvəlki intizam tənbehləri nəzərə alınaraq, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 07.10.2026-cı il tarixindən xitam verilib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 17 Oktyabr 2026 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















