Icma.az
close
up
RU
Berdiməhəmmədov ailəsinin ağlasığmaz sərvə

Berdiməhəmmədov ailəsinin ağlasığmaz sərvə

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avtoritar Türkmənistanın əksər sakinləri üçün xaricə bircə təyyarə səyahəti belə əlçatan deyil. Amma hakim Berdiməhəmmədov ailəsinin şəxsi istifadəsinə beşinci VIP-təyyarə əlavə olunub.

Gununsesi.info bildirir ki, Jurnalistlərin korrupsiya araşdırmaları layihəsi olan OCCRP bunun Türkmənistanın dövlət resurslarının sülaləyə xərclənməsinin göstəricisi olduğunu yazır.

2023-cü il dekabrın 6-da “Türkmənistan Hava Yolları”na məxsus “Boeing 737” təyyarəsi Aşqabaddan ABŞ-yə birtərəfli reys edib. Bir il sonra isə qlamur dəyişikliklə yenilənmiş halda dönür. 118 ekonom yerlik standart təyyarə qızıl örtüklü aksesuarlar, şəxsi duş və ənənəvi türkmən ornamentləri ilə bəzədilmiş şahzadəyə çevrilmişdi.

OCCRP uçuş qeydlərinə əsasən bu təyyarənin Türkmənistanın hakim ailəsinin istifadə etdiyi digər dörd VIP təyyarənin cərgəsinə qoşulduğunu bildirir. Jurnalistlər təyyarənin izinə onu hakim ailənin səfərlərindən çəkilmiş fotoşəkillərdə görəndən sonra düşüblər.

“Citadel Completions”da interyer dizaynı menecerinin paylaşdığı fotolarda ölkə prezidentinin möhürü də daxil olmaqla, türkmən dizayn elementləri ilə dəbdəbəli təyyarə interyerləri göstərilir.

Xalçalar, at heykəlləri

Təyyarənin ABŞ-də bəzədilməsi işinə “Citadel Completions” butiki baxıb. Şirkətin reklamlarında onun “ən seçici müştərilər üçün xüsusi interyerlər” hazırladığı vurğulanır. Ötən ilin iyulunda şirkətin Instagram səhifəsində Türkmənistanın yaşıl-ağ bayrağına boyanmış “Boeing 737″nin anqarda fotosu paylaşılıb.

“Citadel”in interyer dizaynı üzrə meneceri Konnor Oliver Vaysent şəxsi səhifəsində daha çox detal paylaşıb. Fotolarda təyyarənin içinin ultra-dəbdəbəli Orta Asiya ornamentləri, türkmən xalçaları, Axaltəkə atlarının heykəlləri ilə bəzədildiyi görünür.

Şirkət məsələni şərh etməyib. Vaysent isə jurnalistlər şərh üçün müraciət edəndən sonra fotoları saytından silib.

“Citadel” şirkətinin vitse-prezidenti 2023-cü ildə “Forbes” jurnalına deyib ki, bir təyyarənin lüks yenilənməsi 140 milyon dollara qədər başa gələ bilər: “Səmada saray qurmaq çox mürəkkəbdir”.

Dizaynerin saytında yerləşdirilən fotolarda onun təyyarə tualetində çəkilmiş selfisi də var ki, bu da layihənin planlaşdırıldığı kimi tamamlandığını göstərir.

“Türkmənqaz” və dövlət büdcəsinin milyonları

Türkmən mülki aviasiya orqanları bu layihə, onun qiyməti barədə şərh verməkdən imtina edib. Amma OCCRP ipucu verəcək bəzi rəqəmlər tapıb.

2008-ci ildə ovaxtkı prezident Qurbanqulu Berdiməhəmmədovun sərəncamı ilə 55 milyon dollara “Boeing 737-700” satın alınıb. Texasda yerləşən bir təyyarə interyeri dizayn şirkətinə VIP təmir üçün əlavə 21 milyon dollar ödənib. Ödənişləri “Türkmənqaz” milli qaz şirkəti gerçəkləşdirib.

2017-ci ildə prezident hava donanmasından daha bir “Boeing 737″də işlər üçün dövlət büdcəsindən 32 milyon dollardan çox vəsait Texasda başqa bir dizayn şirkətinə ödənilib və sairə.

Ata Q.Berdiməhəmmədov 2006-cı ildə Türkmənistan prezidenti postuna keçib. 2022-ci ildə hakimiyyəti oğlu Sərdara ötürüb. Berdiməhəmmədov özü və ailəsi ətrafında şəxsiyyətə pərəstiş yaratmaqda ittiham olunur.

Ən yeni “Boeing 757“ təyyarəsini onun qızı, prezident Sərdar Berdiməhəmmədovun bacısı Oğulhacan Atabayeva istifadə edir. Amma bu səfərlər ictimaiyyətə açıqlanmır. OCCRP təyyarələrin uçuş xəttini izləyib. Məsələn, iyulun ortalarında Oğulcahan atası ilə birlikdə Bakıya səfər edib. Amma onlar birlikdə uçmayıblar. Ata Bakıya EZ-A777 qeydiyyat nişanlı “Boeing 777”, qızı isə yeni təmir edilmiş “Boeing 757″də gedib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Oktyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see690

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see420

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see251

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see226

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see208

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see200

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see197

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see196

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see193

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see191

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see190

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see188

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see187

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see181

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see181

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see180

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see179

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see179

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see173

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri