Beren Saat onu məşhurlaşdıran serialdan sonra niyə depressiyaya düşdü? Şöhrətin arxasındakı sirr
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin ən tanınmış aktrisalarından biri olan Beren Saatın həyat hekayəsi yalnız parlaq karyera uğurlarından ibarət deyil.
Onun şəxsi həyatı, psixoloji sarsıntıları və daxili mübarizələri də ən az rolları qədər diqqətəlayiqdir. Beren Saatın ilk sevgisi və uşaqlıq dostu Efe Güray onu hər zaman dəstəkləyib, lakin o, 19 yaşında faciəvi şəkildə dünyasını dəyişib.
Beren hər il Efeni ad günündə yad edir və onu "mənim qəhrəmanım" adlandırır.
Aktrisa "Aşk-ı Memnu" serialındakı Bihter rolu ilə böyük şöhrət qazansa da, bu uğur onun psixoloji vəziyyətinə mənfi təsir edib. Beren Saat sonralar etiraf edib ki, sürətli yüksəliş onu dərin depressiyaya salıb və özünü itirdiyini hiss edib.
Şəxsi həyatı da bu çətin dövrdə gərginliklərlə dolu olub. Müğənni Kenan Doğulu ilə münasibətləri tez-tez medianın gündəminə çevrilib.
Zamanla psixoloji dəstək alan aktrisa özünü yenidən tanımağa və daxili gücünü bərpa etməyə başlayıb.
Ətraflı Baku TV-nin süjetində:
Beren Saat onu məşhurlaşdıran serialdan sonra niyə depressiyaya düşdü? - Şöhrətin arxasındakı sirr
Baxış sayı:81
Bu xəbər 22 İyun 2025 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















