Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Azərbaycan kinosunun Qəmlosu Şöhrətin arxasındakı kədər

Azərbaycan kinosunun Qəmlosu Şöhrətin arxasındakı kədər

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün Xalq artisti Məlik Dadaşovun doğum günüdür.

Kulis.az Zöhrə Fərəcovanın "Sənəti ilə məktəb yaradan aktyor" yazısını təqdim edir.

O, yüz il öncə, 1924-cü il iyunun 7-də Bakıda dünyaya gəlib. Deyilənlərə görə, atası ona Şöklü Məliyin şərəfinə bu adı verib. Məlik Dadaşov ailədə üç qardaşın kiçiyi, evin sonbeşiyi olub.

Atası Yusif Nobel qardaşları ilə birlikdə çalışmışdı. Özü də neft buruqlarının sahibi idi. Arxivlərdə qalmış bunu təsdiq edən sənədlər sovet hakimiyyəti illərində onun başının bəlası olur. 1937-ci ildə Yusif Dadaşovu Sibirə sürgün edirlər. Haqsız ittiham olunanların əksəriyyəti kimi o da sonralar bəraət alır...

Anası evdar qadın idi. Ailəsinin qayğısını çəkir, üç istedadlı oğul böyüdürdü. Sonralar ailənin böyük oğlu Salman Dadaşov aktyor olur. "Onun böyük ürəyi" filmində Oqtay rolu Salmanı tanıdır. Uzun müddət Sumqayıt teatrına rəhbərlik edir. Ailənin ortancıl övladı Süleyman Dadaşov da istedadlı musiqiçi idi, qarmonda, pianoda gözəl ifa edirdi. Ancaq o, bu bacarığını yalnız ailə məclislərində göstərirdi. Riyaziyyat müəllimi idi. Universitetdə dərs deyirdi.
Məlik Dadaşov uşaqlıq illərindən incəsənətə meyilli idi. Amma orta məktəbi bitirəndə sənədlərini Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) verdi. Qəbul olundu. Tələbə kimi dərslərdə iştirak etməyə başladı. Ancaq ürəyi onu başqa sahəyə - teatr sənətinə, səhnəyə çəkirdi. Böyük Vətən müharibəsinin başlaması Məlik Dadaşovu nə tibbi təhsilini tamamlamağa, nə də könlünün səsini dinləyib incəsənət aləminə keçməyə qoydu. O, 1941-ci ildə cəbhəyə yollandı. 1943-cü ildə döyüşdə beynindən zədə aldı. Müalicəsi uzun sürdü. Məlik Dadaşov müalicədən sonra hərbi hissələrdə musiqiçi kimi fəaliyyət göstərdi. 1945-ci ildə müharibədən qayıtdı. Və qəlbinə yatan sənətin ardınca getdi... 1945-ci ildə Gənc Tamaşaçılar Teatrında aktyor kimi işə götürüldü. Bu sahədə ali təhsil almaq arzusunu da gerçəkləşdirdi. Azərbaycan Teatr İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Adil İsgəndərovun sinfinə daxil oldu.

1945-ci ildə Zaqatalada yenicə açılmış teatrda səhnə fəaliyyətinə başladı. Gənc aktyor həmin teatrda əsas rolların ifaçılarından biri oldu.

Məlik Dadaşov 1950-ci ildə Teatr İnstitutunu bitirdi. Məşədi Əzizbəyov adına Akademik Dram Teatrında (hazırda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı) işə başladı. Həmin teatrda ilk dəfə "Ailə namusu" tamaşasında oynadı. İstedadı və peşəkarlığı aktyoru bu teatrda da tezliklə fərqləndirdi, tanıtdı və məşhurlaşdırdı.

Yüzdən artıq tamaşada rol aldı. "On ikinci gecə", "Canlı meyit", "Fərhad və Şirin", "Sənsiz", "Nağıl başlananda" və digər tamaşalarda ona həvalə edilən rolları elə oynadı ki, izləyən hər kəsi heyran qoydu.

Məlik Dadaşov onlarca filmə çəkildi. "Axırıncı aşırım"da Qəmlo, "Dəli Kür"də Molla Sadıq, "Koroğlu"da Bolu bəy, "O dünyadan salam"da Şeyx Nəsrullah, "Birisi gün gecə yarısı"nda Nəriman Nərimanov, "Bir məhəlləli iki oğlan"da Nazif, "Ulduzlar sönmür"də general Mehmandarov, "26 Bakı komissarı"nda Əzizbəyov, "Müsahibə götürən adam"da Niyaz xan və digər rollar aktyor Məlik Dadaşovun adını kino tariximizə əbədi yazdı. Müəllimi Adil İsgəndərov "Axırıncı aşırım" filmində Kərbəlayi roluna görə ona verilən mükafatdan imtina edərək "Bu mükafat Məlik Dadaşova düşür, Qəmlonu yaratdığına görə" dedi.

Məlik Dadaşov həyatda çox ayrılıqlar görsə də, onu ən çox sarsıdan qızının ölümü oldu. İkinci evliliyindən dünyaya gəlmiş iki qızından biri gənc yaşlarında xərçəng xəstəliyindən dünyasını dəyişdi. Məlik Dadaşov "Mən artıq yaşaya bilməyəcəm" dedi...

Aktyor dördüncü övladının - Gülnarənin anası ilə 1964-cü il İncəsənət Universitetində işləyərkən tanış olmuş, 1966-cı ildə ailə qurmuşdu. Atasını özünə həm də yaxın dost, sirdaş bilmiş Gülnarə xanım müsahibələrində Məlik Dadaşovun yaradıcılığı boyu iki rolu - erməni rolunu, bir də "Ölülər"də Şeyx Nəsrullahı oynamaq istəmədiyini söyləyib: "Şeyx Nəsrullahı ona görə oynamaq istəmirdi ki, özü axır vaxtlar namaz qılırdı. Deyirdi, mən Allaha ibadət eləyirəm, amma "Ölülər"də Allaha qarşı çıxıram. "Fəryad" filmində isə düşmən obrazı yaratmalı idi. Bu rolu heç oynamaq istəmirdi".

Bu filmin tamaşaçıları erməni hərbçisinə olan nifrətlərini rolun ifaçısına da yönəldirdilər. Hələ "Fəryad" filminin premyerasında Məlik Dadaşov yaxınlığında əyləşmiş tamaşaçıların söyüşünü eşidirdi.

Nə istedadı, nə məşhurluğu ona sənətdə əngəl yaradanları çəkindirmədi. Məlik Dadaşov uzun illər çalışdığı teatrdan elə uzun çəkişmələr səbəbindən ayrıldı. Aktyor arabir bəzi rollarla səhnəsinə çıxdığı Səməd Vurğun adına Rus Dram Teatrına direktor göndərildi. İki il sonra, 1991-ci ildə isə həmin teatrdan təqaüdə çıxarılması adı ilə uzaqlaşdırıldı.

Bundan sonra işemiya keçirdi, iki ay xəstəxanada yatdı. Məlik Dadaşovu müalicədən sonra Həsənağa Turabov yenidən Milli Dram Teatrına dəvət etdi. O, artıq yalnız aktyor deyil, həm də rejissor kimi fəaliyyət göstərməyə başladı. Bir müddət sonra öz istəyi ilə teatrdan ayrılıb yalnız müəllimlik fəaliyyəti ilə məşğul oldu.

İllər boyu gördüyü haqsızlıqların gətirdiyi mənəvi sarsıntılar səhhətinə mənfi təsir göstərmişdi. Bir gün yenə Tədris Teatrında tələbələrlə "Arşın mal alan"ı məşq edirdi. Başı ağrıdığı üçün tələbələrə zalda oturub mizan verirdi. Amma birdən səhhətini unudub ayağa qalxdı ki, verdiyi epizodu necə canlandırmalı olduğunu tələbəyə göstərsin. Müvazinətini itirdi. Yıxılanda gicgahı yaxınlıqdakı stolun küncünə dəydi. Xəstəxanaya aparılan aktyor altı gün sonra, 1996-cı il dekabrın 2-də vəfat etdi.

Görkəmli kino və teatr aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı Məlik Dadaşov Azərbaycan teatr və kino sənətində özünəməxsus yol keçdi. Bənzərsiz aktyorun oynadığı rollar yalnız tamaşaçı sevgisi qazanmadı. Həm də bu sənəti seçənlər üçün baxdıqca, dinlədikcə dərs alacaqları bir məktəb oldu.

Mehriban Əliyevadan 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım “Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” kitabının təqdimatı keçirildi “Xalq şairi Söhrab Tahir – 100” adlı sərgi açıldı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://kulis.az
archiveBu xəbər 07 İyun 2026 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri