Berezutski: “Futbolla əlaqəsi olmayan “qırmızı” idi”
Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Premyer Liqasının XXX turunda keçirilən “Turan Tovuz” – “Sabah” (2:1) matçından sonra qonaq komandanın baş məşqçisi Vasili Berezutski oyundan sonra jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:
– Oyunu iki hissəyə bölmək olar. “Qırmızı”ya qədər və “qırmızı”dan sonra. Uşaqlara təşəkkür edirəm. Sona qədər mübarizə apardılar.
– Hakim idarəçiliyindən razı qaldız?
– Mənim üçün çox da aydın olmayan, futbolla əlaqəsi olmayan qırmızı vərəqə idi. Çünki hücumu davam etdirirdik və hakim saxlayıb vərəqə verdi.
– Tək motivasiyanız kubokdur?
– Əlbəttə, ruhdan düşməyəcəyik. Hər oyunda mübarizə aparacayıq. Amma avrokuboklar üçün kubok əsas prioritetimizdir.
– Bu gün oyunda uduzduz, yoxsa taktiki planda?
– Burada taktiki planlardan danışmaq çətindir. Sadəcə azlıqda qaldıqdan sonra oynamaq çətin idi. “Qırmızı”ya qədər hesabda öndə olan biz idik.
– Komandada qalıb işinizə davam etsəz, daha yaxşı “Sabah” ortaya qoya bilərsiz?
– Əlbəttə.
Mirkamal Kazım
Baxış sayı:163
Bu xəbər 25 İyul 2026 00:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















