Icma.az
close
up
RU
Bərk məişət tullantılardan gəlir əldə etmək mümkündür EKSPERT FİKRİ

Bərk məişət tullantılardan gəlir əldə etmək mümkündür EKSPERT FİKRİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Azərbaycanda bərk məişət tullantılarının idarə edilməsində problem var. Yaponiyada olduğu kimi bizdə də bərk məişət tullantılardan gəlir əldə etmək mümkündür. Amma həmin gəliri qazanmaq üçün bu bərk məişət tullantılarının idarə etməsini təşkil etmək lazımdır. Həmçinin bu idarəetməni özəl sektor həyata keçirməlidir. Bizdə isə əsasən hökumət sektoruna aiddir. Yəni bərk məişət tullantıların idarə edilməsi ilə dövlət məşğul olur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.

Onun sözlərinə görə, "Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində Kommunal Xidmətlər MMC"-si var: "Əsasən isə həmin idarə, bərk məişət tullantılarının idarə edilməsi ilə məşğuldur. Təbii ki, digər özəl şirkətlərdə var, lakin həmin şirkətlərin fəaliyyəti bir qədər xaotikdir. Qeyd etdiyim kimi, "Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan Kommunal Xidmətlər idarəsi MMC" davamlı olaraq Bakı şəhərində məişət tullantılarının daşınması ilə məşğul olur. Tullantıların daşınması ilə bu qurum məşğul olursa, çeşidlənməsi ilə isə "Təmiz şəhər MMC" məşğul olur. Hər iki idarə özəl sektor deyil, dövlət müəssisəsidir. Bu qurumlar prosesin bir hissəsini idarə edirlər.

Məsələn, "Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan Kommunal Xidmətlər idarəsi MMC", məişət tullantılarını ərazidən yığıb, "Bərk Məişət Tullantıları" zovaduna və "Çeşidləmə Kombinatına" aparır. Bunun üzərində isə hər kub metrə görə, pul verirlər ki, məişət tullantılarının utilizasiyası ilə məşğul olsunlar. Hansı mərhələdə qazanc olduğu isə Azərbaycanda hələ bəlli deyil. Yəni məişət tullantılarının ərazidən yığılması. aparılması, çeşidlənməsi, daha sonra isə onların zərərsizləşdirilməsi mərhələləri var. Bu mərhələlərin hansında mənfəətin və zərərin olduğunu dəqiqləşdirmək lazımdır və bütün mərhələ bir şirkətə həvalə edilməlidir. O halda potensialımızı müəyyən edə bilərik".

Ekspert həmçinin qeyd edir ki, dünyanın aparıcı ölkələrində məişət tullantıları gəlir gətirən sahəyə çevrilə bilib: "Bu ölkələrə nümunə olaraq Almaniya, Yaponiya, Hollandiyanı deyə bilərəm. Amma dünyanın əksər hissəində tullantıların daşınması zərərlə işləyən sahə kimi tanınır və dövlət himayəsində olur. Mənim bu istiqamətdə bir sıra araşdırmalarım olub. 2023-cü ildə layihəmiz icra olunub. Layihənin adı "Təbiətdə zibil yox_ tullantı və xammal var", yəni bizim zibil adlandırdığımız məhsul, bütünlüklə hansısa istehsal prosesinin xammalıdır. Amma bu prosesi təşkil etmək lazımdır. Bütün tullantıların hamısı xammal kimi istifadə edilə bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Aprel 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri