Icma.az
close
up
RU
Berlin Parisin səhvlərini təkrarlamamalıdır MÜNASİBƏT BİLDİRİLDİ

Berlin Parisin səhvlərini təkrarlamamalıdır MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Almaniya Prezidentinin Azərbaycana səfəri bir çox maraqlı məqamlarla yadda qaldı". Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib.

O bildirib ki, ilk növbədə məlum oldu ki, rəsmi Berlin Bakı ilə siyasi və iqtisadi dialoqun inkişaf etdirilməsində maraqlıdır: "Almaniya həm də regionda dayanıqlı sülhün təmin olunması ilə bağlı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir. Doğrudur, Ştayenmayerin səfəri öncəsi qondarma Dağlıq Qarabağla bağlı böyük narazılıq yaradan siyasi səhv, eyni zamanda Almaniya televiziyasında qəzərli və təhrif olunmuş filmin təqdim olunması Berlinin sülhlə bağlı mövqeyində müəyyən tərəddüdlər yaradır. Amma Almaniya dövlət başçısı bu narazılıqlar fonunda Bakıda həm özünün, həm də ölkəsinin “Qarabağı Azərbaycanın ərazisi kimi” tanıdığını rəsmən elan və etiraf etdi. Rəsmi Berlin bu etirafla Azərbaycanla diktə dilində danışmağın mümkün olmadığını anlamış oldu.

Görüşdə Azərbaycan Prezidentinin “Dağlıq Qarabağ” adlı respublika yoxdur. Bu, ancaq Ermənistanın xülyalarında mövcud olub. Azərbaycanın Qarabağ bölgəsi mövcuddur” mesajı həm Ermənistana, həm Almaniyaya, həm də bu məsələdə qərəzli mövqedə olan bütün qüvvələrə ünvanlanmışdı. Dövlət başçımız həmçinin sülhün şərtlərini bir daha bəyan etdi. Rəsmi Bakının mövqeyi dəyişməyib və bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Söhbət ATƏT-in Minsk Qrupunun ləğvindən və Azərbaycana qarşı ərazi iddiasının əks olunduğu Ermənistanın Konstitusiyasında dəyişikliyin edilməsindən gedir. Cənab Prezident haqlı olaraq bəyan etdi ki, “Əgər biz müqaviləni imzalamaq istəməsəydik, elə qeyri-real bir şərt qoyardıq ki, Ermənistan onu qəbul etməzdi”. Bu mənada rəsmi Bakının mövqeyilə bağlı qaranlıq məqam yoxdur. F.V.Ştayenmayerin bəyanatlarından aydın oldu ki, Azərbaycanın sülhlə bağlı ədalətli mövqeyi Almaniya tərəfindən də qəbul olunur. Amma özünü Cənubi Qafqazda dayanıqlı sülh və təhlükəsizliyə nail olmağın tərəfdarı kimi təqdim edən Almaniya Ermənistana təsir imkanlarını nəzərdən keçirsə, daha məqsədəuyğun olar. Çünki Ermənistanın davranışları sülhə məcburetməni qaçılmaz edir. Fransanın timsalında öldürücü silahların verilməsi təbii ki, Ermənistanın sülh yox, müharibə haqqında düşünməsinə rəvac verir. Hesab edirəm ki, Berlin Parisin səhvlərini təkrarlamamalıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Aprel 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri