Berniyeh: Suriyanın çox böyük gələcəyi var
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Suriyanın maliyyə naziri Mohamed Yusr Berniyeh Suriya İnkişaf Fondunun yaradılması üzərində çalışdıqlarını bildirib.
Turkustan.az xəbər verir ki, Suriyanın maliyyə naziri Mohamed Yusr Berniyeh islahat gündəmində özəl sektoru dəstəkləyəcək və xarici investisiyaları cəlb edəcək ekosistemin yaradılmasına diqqət yetirildiyini bildirərək, islahatların sanksiyalardan asılı olmayaraq irəlilədiyini bildirib.
Berniyeh Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının İllik Yığıncaqları çərçivəsində keçirilən “Suriyanın Yenidən qurulması: Sabitlik və Rifaha doğru səyahət” adlı sessiyada çıxış edib.
Berniyeh ilin əvvəlindən bu yana 1 milyon suriyalının ölkələrinə qayıtdığını görməsinin ona ümid verdiyini və hər şeyin dəyişəcəyinə ümid bəslədiklərini açıqlayıb.
"Suriyanın böyük gələcəyi var və siz hər bir suriyalının gözündə nikbinliyi görə bilərsiniz", - Berniye bildirib.
Aytən Yaşar/ Turkustan.az


