Icma.az
close
up
RU
Suriyanın gələcəyi necə formalaşacaq?

Suriyanın gələcəyi necə formalaşacaq?

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Suriya müxalifətinin Dəməşqə daxil olması ilə sabiq prezident Bəşər Əsədin hakimiyyəti devrildi. 13 il ərzində rejim dəfələrlə süqut ərəfəsində oldu, lakin sonu dekabrın 8-də baş verdi. Son 13 ilin iztirablarına və qanlarına görə ən böyük məsuliyyəti daşıyan Bəşər Əsəd ölkədən qaçaraq Rusiyaya sığındı. Amma indi hamını bir sual maraqlandırır: Suriyanın bundan sonra gələcəyi necə formalaşacaq?

Daxili dinamika baxımından rejimin sürətlə çökməsi mühüm başlanğıc nöqtədir. “Həyat əş-Şam” (HTŞ) rejimin devrilməsində aparıcı rol oynadı. Bu səbəbdən HTÇ keçid prosesinin idarə olunmasında təsirli söz sahibi olacaq. Dəməşqdə rejimin yeganə simvolik nümayəndəsi olaraq qalan Suriya baş naziri Məhəmməd Qazi əl-Cəlali hakimiyyəti sülh yolu ilə müxalifətə təhvil verdi. Bu, keçid dövrünün nisbətən rəvan başlamasına şərait yaradır. Beləliklə, Suriya daxilində qüvvələr balansı kontekstində nisbətən legitim zəmin formalaşdı. Ancaq siyasi şərhçilərin fikrincə, Suriyada rejimin süqutundan sonra əsas prioritet hər kəsin təhlükəsizliyini təmin etməkdir. Bunun üçün hərbi toqquşmaları tamamilə dayandırmaq və gündəlik həyatı təhlükəsiz etmək lazımdır.

Türkiyənin regional oyunçu rolu o qədər artdı ki, onu gözardı etmək mümkün deyil. Ankara Suriyanın ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır və buna görə də, vəziyyətdən sui-istifadə etməyə çalışan terrorçu qruplara qarşı qabaqlayıcı və sarsıdıcı tədbirlər görür. Bu qruplaşmalar həm Suriyanın, həm də bütün regionun təhlükəsizliyinə təhdid yaradır. Türkiyə diqqətə çatdırır ki, Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hücumlara icazə verməyəcək. Ankara terror təşkilatlarına qarşı mübarizədə mövqeni açıq şəkildə ifadə edir və bu mübarizəni davam etdirmək əzmində olduğunu vurğulayır.

Bundan başqa, Türkiyə PYD/YPG-nin qorunmasına yönəlmiş bütün hərəkətləri, o cümlədən Fəratın şərqində İŞİD təhlükəsinin qaldığı görüntüsü yaratmaq cəhdlərini də diqqətlə izləyir. Ankara bir daha bildirir ki, bir terror təşkilatını digər terror təşkilatının köməyi ilə məhv etmək olmaz. Xatırladaq ki, ABŞ və onun müttəfiqləri Suriyadakı kürd silahlı qruplaşmalarının dəstəklənməsini onların İŞİD-ə qarşı mübarizə aparmaları ilə əlaqələndirir. Artıq məlum olur ki, yeni dövrdə ABŞ-ın Suriyadakı prioritetləri İsrailin təhlükəsizliyi, PYD/YPG-nin varlığının qorunub saxlanılması və terror təşkilatı İŞİD ilə mübarizənin davam etdirilməsidir.

ABŞ dövlət katibi Antoni Blinken Əsəd administrasiyasının devrilməsindən sonra Suriya ilə bağlı gündəmlə Ankaraya gəldi. Ankara Esenboğa hava limanında Prezident Rəcəb Tayyib Ərdoğanla görüşən Blinken dekabrın 13-ü cümə günü səhər saatlarında xarici işlər naziri Hakan Fidanla da danışıqlar apardı. Görüşlərdə Türkiyə və Amerika rəsmiləri Suriyanın gələcəyinin müəyyən edilməsində hansı rol oynayacaqlarını müzakirə etdilər və sabit Suriya görmək istədikləri mövzusunda ümumi razılığa gəldiklərini açıqladılar. Ancaq Türkiyə KİV-i yazır ki, tərəflər İŞİD-ə qarşı necə mübarizə aparacağı ilə bağlı fikir ayrılığını ortadan qaldıra bilmədilər.

Xüsusilə qeyd etmək lazımdır ki, ABŞ Suriyada baş verənlərin İŞİD-lə mübarizəyə zərər verməməli olduğunu və Türkiyənin Suriyada kürd silahlı birləşmələrinə qarşı apardığı hərbi əməliyyatlardan məmnun olmadığını açıq şəkildə bildirir. “Wall Street Journal” (WSJ) qəzeti Suriya kürdlərinin “komandiri” Məzlum Abdinin bəyanatına istinadən qondarma “Suriya Demokratik Qüvvələri”nin (SDQ) (terrorçu Kürdüstan Fəhlə Partiyasının Suriya qolu-red.) Türkiyəyə “təzyiq göstərmək” üçün ABŞ-dan kömək istədiyini yazır. Son günlər SDQ-nin Suriyanın Mənbic və Deyr əz-Zor şəhərləri də daxil olmaqla, bir neçə bölgəyə nəzarəti itirdiyi bildirilir. HTŞ qüvvələrinin iki yaşayış məntəqəsinə daxil olduğu vurğulanır. ABŞ KİV-nin məlumatına görə, 900-dən çox ABŞ əsgəri Suriyanın şimal-şərqində və şərqində (kürdlərin ələ keçirdiyi zona) İŞİD-ə qarşı mübarizə aparır və mənbələrə görə, döyüşü davam etdirmək üçün orada qalmağı planlaşdırır.

Rusiya da Suriyada yeni vəziyyətin yaranmasının səbəblərini təhlil edərək öz mövqeyinə yenidən baxır. Moskva bu ölkədəki hərbi bazalarını saxlamağa çalışır. Ancaq post-Əsəd Suriyasının formalaşmasında yaxından iştirak etmək istəyən Qərb buna qarşı çıxır. Avropa İttifaqı (Aİ) hesab edir ki, Rusiya bazaları regionda sabitliyə kömək etmir. Qurumun yüksək səviyyəli nümayəndəsinin sözlərinə görə, Brüssel Suriyanın yeni hakimiyyət orqanlarının ölkədəki Rusiya hərbi bazalarının qalmasına qərar verməyəcəklərinə ümid edir: “Yeni hakimiyyət Rusiya bazalarını çıxarmaq qərarına gəlsə, biz tamamilə şad olarıq”. Jurnalistlərin Aİ-nin öz mövqeyini Suriyanın yeni hakimiyyət orqanlarına çatdırmaq niyyətində olub-olmaması ilə bağlı sualına diplomatın müsbət cavab verdiyi bildirilir.

Xatırladaq ki, Rusiyanın Suriyada iki hərbi obyekti var. Son məlumatlara görə, Moskva hərbi texnikasını çıxarır. “Reuters” agentliyi Rusiya təyyarələrinin Suriyadakı bazalarını tərk etməyə başladığını iddia edir. Agentlik peyk görüntülərinə istinadən yazır ki, Rusiya Suriyadakı hava bazalarından hərbi texnikanı, o cümlədən iki An-124 təyyarəsini köçürür. Ancaq dekabrın 12-də Rusiyanın “Həyat Təhrir əş-Şam” qruplaşmasının siyasi komitəsi ilə əlaqə yaratması ilə bağlı xəbər yayılmışdı. Daha sonra Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirmişdi ki, Rusiya tərəfi Suriyadakı hərbi bazalarını saxlamağa ümid edir.

Almaniya Müdafiə Nazirliyi də Rusiya hərbçilərinin Suriyadan çıxarılmasına başlandığını təsdiqləyir. Bundesver Rusiya qrupunun artıq Tartus limanını tərk etdiyini iddia edir. “Financial Times” qəzeti peyk şəkillərinə və Ukrayna kəşfiyyatının məlumatlarına istinadən böyük nəqliyyat təyyarələrinin təxliyyə tədbirləri həyata keçirmək üçün Xmeymim hava bazasına gəldiyini yazır. Dekabrın 13-də Anadolu Agentliyi rus əsgərlərinin bəzilərinin zirehli iri hərbi maşınlar, həmçinin qoşqulu yük maşınlarının olduğu karvanla Latakiyadakı Xmeymim hava bazasına getdiyini bildirmişdi. Bütün bunlar belə deməyə əsas ki, Suriyanın gələcəyinin formalaşmasına təsir göstərən kənar qüvvələrin azalması keçid dövrünün az ağrılı keçməsinə şərait yaradacaq.

Səbuhi MƏMMƏDOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Dekabr 2024 01:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see273

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see266

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see258

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see252

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see241

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see240

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see240

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see234

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see230

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see230

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see225

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see224

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see212

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see210

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see207

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see204

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see203

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see202

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see198

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri