Icma.az
close
up
RU
Suriyanın gələcəyi necə olacaq?

Suriyanın gələcəyi necə olacaq?

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Böyük dövlətlər Suriyadakı prosesləri diqqətlə izləyirlər. Bunların içərisində Çin də var. Bəşər Əsəd Çinə bir neçə dəfə səfər edib, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına ümid edirdi. Ancaq Pekin risk etmədi və dağılan Suriyaya yatırım qoymadı. Buna baxmayaraq, Pekini Suriyadakı vəziyyətlə bağlı narahat edən məqam var idi. Radikal uyğurlar müxalifət cinahında Əsəd rejiminə qarşı savaşırdılar. Türküstan İslam Partiyasının üzvləri olan həmin silahlı uyğurlar Əsəd ordusuna qarşı savaşda iştirak ediblər. Pekinin düşündürən odur ki, Əsəd rejimi süqut etdikdən sonra həmin uyğurların növbəti hədəfi nə olacaq?
Suriyada Əsədi devirən “Heyəti Təhriri Şam” (HTŞ) təşkilatının rəhbəri Əbu Məhəmməd əl-Colani bildirib ki, ölkədəki bütün silahlı qruplar tərksilah olunmalıdırlar. Bu Suriyada savaşan uyğurlara da aiddir. Buna baxmayaraq, Türküstan İslam Partiyası Suriya rejiminin süqut etdiyi gün, dekabrın 8-də yaydığı videoda Pekini təhdid edib, onlar Şərqi Türküstan uğrunda mübarizə aparacaqları barədə bəyanat yayıblar: “Biz Humsda, İdlibdə döyüşmüşük və Şərqi Türküstanda mübarizəni davam etdirəcəyik”.
Silahlı uyğurlar Suriyanın liman şəhərləri olan Latakiya və Tartusun nəzarətə götürülməsində iştirak ediblər. Türküstan İslam Partiyası HTŞ ilə ittifaq içində olub. Pekin Suriya məsələsində Türkiyə, ABŞ və Rusiya qədər fəal olmasa da, silahlı uyğurların fəallığından narahat olmaya bilməz. Belə olan halda Pekinin də digər paytaxtlar kimi HTŞ rəhbərliyi ilə təmasa keçəcəyini proqnozlaşdırmaq olar. Pekin ilk növbədə Suriyadakı Türküstan İslam Partiyası üzvlərinin tərksilah olunmasını istəyəcək. Aydındır ki, HTŞ rəhbərliyi Pekinin istəyi əsasında tərksilah olunan uyğurları Çinə təhvil verməyəcək. Bu halda Pekin çalışacaq ki, həmin uyğurlar heç olmazsa Suriyadan kənara çıxmasınlar. Ancaq bunu nəzarətdə saxlamaq çətin olacaq.
Elxan Şahinoğlu
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 17 Dekabr 2024 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see277

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see261

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see255

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see239

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see237

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see236

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see207

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see202

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see198

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see191

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see184

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see183

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see183

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see181

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see177

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see177

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see176

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see173

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see161

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri