Icma.az
close
up
RU
Beş il öncə BU GÜN 6 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

Beş il öncə BU GÜN 6 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün İkinci Vətən Müharibəsi şəhidlərindən daha bir neçəsinin Anım Günüdür.
Bizim.Media 2020-ci il 6 oktyabr şəhidlərini təqdim edir.
Emin İsmayılov

21 may 2001-ci ildə Bakı şəhəri, Nəsimi rayonunda anadan olub. Əslən Cəbrayıl rayonundan olan Emin İsmayılov Nəsimi rayonundakı 54 saylı tam orta məktəbin məzunu olub. 03.07.2019-cu ildə hərbi xidmətə çağırılıb.
06.10.2020--ci ildə Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, "Suqovuşanın azad olunmasına görə", ”Cəsur döyüşçü”, medallarıyla təltif edilib.
Ruhid İslamlı

1 aprel 1999-cu ildə Lerik rayonunun Çeşman kəndində dünyaya göz açıb. 2000-ci ildə ailəsi ilə birgə Bakı şəhərinə köçüb. 2005-ci ildə Əhmədli Humanitar Fənlər Təmayüllü Məktəb Liseyinin 1-ci sinfinə başlayıb. 2011-ci ildən Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində yerləşən 315 saylı məktəbdə təhsilinə davam edib. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılan Ruhid İslamlı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başladılan Vətən müharibəsinin elə ilk günlərində ərizə yazaraq ailəsindən xəbərsiz, könüllü olaraq Vətənin müdafiəsi üçün döyüşlərə qatılıb. Ruhid İslamlı Talış, Suqovuşan uğrunda döyüşlərdə iştirak edib. 6 oktyabr 2020-ci ildə Goranboyun Gülüstan kəndi yaxınlığında strateji əhəmiyyətli yüksəkliyə malik “Çənlibel” postunda qəhrəmancasına şəhid olub. Bakı şəhəri Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunub.
Prezident İlham Əliyevin sərəncamlarına əsasən, şəhid Ruhid Uğur oğlu İslamlı ölümündən sonra “III dərəcəli Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşcü” medalları ilə təltif edilib.
Orxan Məhərrəmov
Əslən Marneuli rayonunun Qaçağan kəndindən olan Məhərrəmov Orxan 25 avqust 1994-cü ildə anadan olub. Orxan Məhərrəmov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsi başlanan zaman könüllü olaraq döyüşlərə qatılıb və 6 oktyabrda Füzuli və Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "Cəbrayılın azad olunması", "Füzulinin azad olunması" və “Vətən uğrunda” medallar ilə təltif edilib.
Emil Əliyev

1993-cü il avqustun 1-i Sumqayıt şəhərində anadan olub. 2000–2011-ci illərdə Sumqayıt şəhərində yerləşən Tofiq İsmayılov adına 29 saylı tam orta məktəbində təhsil alıb. Həmin ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Energetika fakültəsinə daxil olub. 2015-ci ildə isə həmin universiteti bitirib, müddətli hərbi xidmətə yollanıb. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib və böyük şücaət göstərib. Emil Əliyev 2020-ci il, sentyabrın 21-i Səfərbərlik tərəfindən könüllü hərbi xidmətə çağrılıb. 27 sentyabr 2020-ci il tarixində isə, İkinci Qarabağ Müharibəsinin iştrakçısı olub. Müxtəlif istiqamətlərdə döyüşlərə qatılan Emil Əliyev, ən son 6 oktyabr 2020-ci il tarixində Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhramanlıq göstərmiş və şəhidlik zirvəsinə ucalıb.
Emil Əliyev Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən şəhidimiz ölümündən sonra "Füzulinin azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Rəcəb Qurbanov

1 yanvar 2001-ci ildə Bərdə rayonunun Kələntərli kəndində anadan olub. Rəcəb Qurbanov 2019-cu ildə müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Hərbi xidmətini Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirib.
Azərbaycan Ordusunun əsgəri olan Rəcəb Qurbanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı olaraq iştirak edib. Murovdağın, Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Rəcəb Qurbanov 6 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Qurbanov ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Füzulinin  azad olunmasına görə" medalı və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Sübhan Abdurrəhmanlı

18 oktyabr 1992-ci ildə Bakı şəhəri Xətai rayonunda anadan olub. Sübhan 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb.
Əsgər Sübhan Abdurrəhmanlı torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsində iştirak edib. Füzuli uğrunda gedən döyüşlərdə vuruşub. Sübhan Abdurrəhmanlı 6 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
II Fəxri Xiyabanda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Sübhan Abdurrəhmanlı ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Nicat Hüseynov

4 iyun 1997-ci ildə Şirvan şəhərində anadan olub. O birinci sinfə N.Quliyev adına 9 saylı orta məktəbdə başlayıb, 11-ci sinfi B.Aslanov adına 16 saylı orta məktəbdə başa vurub. Nicat 2015-ci ilin iyul ayında hərbi xidmətə yollanıb. O könüllü olaraq "Aprel döyüşləri"ndə iştirak etmək üçün arxa cəbhədən ön cəbhəyə seçilmiş 10 əsgərdən biri olub. Hərbi xidmət zamanı snayperçi kursunu bitirib. O, Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq hərbi xidmətə yazılır.
Nicat Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə yaralı yoldaşlarını xilas edərkən 6 oktyabr tarixində şəhidlik zirvəsinə ucalır. Nicat Hüseynovun nəşi 11 oktyabr tarixində Şirvan şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb. Nicat Hüseynovun nəşi 11 oktyabr tarixində Şirvan şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Nicat Hüseynov ölümündən sonra "Vətən uğrunda"," Döyüşdə fərqlənməyə görə " və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Fəqan Məmmədov

1998-ci il iyunun 27-də Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub. 2004-2015-ci illərdə A.Qədirov adına 2 saylı Yeni Suvagil kənd tam orta məktəbində, 2015-2019-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq fakültəsində təhsil alıb. Fəqan Məmmədov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Fəqan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Fəqan Məmmədov oktyabrın 6-da Ağdam döyüşləri zamanı şəhid olub.  Fəqan Məmmədov Zaqatala rayonunun Yeni Suvagil kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fəqan Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Vətən müharibəsi iştirakçısı" və "Ağdamın azad olunması" medalları ilə təltif edilib.
Naibə Məmmədova, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Oktyabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri