Icma.az
close
up
RU
Beş il sonra...

Beş il sonra...

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Görkəmli fransız yazıçısı Lamartin deyirdi ki, cəmi bir insanın yoxluğu ilə bütöv dünya boşalır. Nailəxanım İsayevanın yoxluğu Lamartinin sözlərini həqiqətə çevirmək üçün kifayətdir.

Onun yoxluğu ilə bir ev, bir məktəb, bir universitet, Dünya boşaldı...

Mahnılar sözsüz, şeirlər musiqisiz qaldı...

Bir insanın yoxluğunu anlamaq heç də asan deyil. Əvvəlcə, insan inana bilmir. Elə bilir, səfərdədir, xəstəxanadadır, ya da istirahətdə. Beyin yoxluğu qəbul edə bilmir, sanki bəhanələr istehsal edir. Ancaq o şəxsin arxada buraxdığı boşluq nə qədər böyükdürsə, boşluq o qədər çox gözə dəyir. Onun evdəki yeri boş görünür, məktəbdəki yeri, universitetdəki yeri... Hər birimizin həyatında tutduğu yeri...

Hamlet müəllimin yazdığı kimi... “Səndən sonra dostlar sənsizliyə dözə bilmədiyimi, əzab çəkdiyimi görüb fikrim dağılsın deyə məni dağ yerlərinə apardılar. İlk gün hoteldə mənə ayrılan otağa daxil oldum, yol paltarımı dəyişdim və adətim üzrə sənə zəng etmək istədim. Telefonu götürdüm, barmağımı telefondakı adın üzərinə qoyub zəng etdim və donub qaldım. Adətən hara getsəm, hoteldə mənə ayrılan otağa daxil olan kimi sənə zəng edərdim: “Əzizim, sağ-salamat gəlib çatdım, çox heyif ki, burada deyilsən, darıxıram sənsiz...”

Sonra isə daha çətin mərhələ gəlir. Yoxluğa alışmaq... Bu, çətin və bəlkə də mümkünsüzdür... İnsan itkiyə alışmır, sadəcə bu itki ilə birgə addımlamağı öyrənir. Ağrı heç zaman azalmır, ağrı ilə yaşamağı öyrənir. O itki, o ağrı ürəyimizdə özünə bir künc təyin edir və sona qədər bizimlə birlikdə yaşayır... Eynilə Hamlet müəllimin Nailə xanımın ölümündən sonra taxdığı üzük kimi... “Mənə bağışladığın nişan üzüyü vardı. Onu bir müddət barmağımda gəzdirmişdim. Bir qədər sonra üzük taxmaqdan xoşum gəlmədiyi üçün sənin icazənlə onu barmağımdan çıxarıb ailə arxivimizə qoyduq. İndi həmin üzüyü tapıb barmağıma taxdım; xəbərin olsun, səninlə yenidən, bu dəfə sənin birbaşa iştirakın olmadan nişanlandım”.

Böyük insan olmağın heç şübhəsiz ki, öz əziyyəti, öz zəhməti var, çünki böyük insanlar təkcə öz yaxınlarının taleyi haqqında düşünmürlər. Onları bütöv bir xalqın, millətin taleyi qayğılandırır, düşündürür və narahat edir. Nailəxanımın da Dünya məktəbini qurması, onun fəaliyyətinə rəhbərlik etməsi heç şübhəsiz ki, millətin taleyi ilə bağlı narahatlığın, onun mənəvi yüksəlişində iştiraka canatımın və təhsilin gücünə inamının aydın ifadəsidir.

Nailəxanım Dünya məktəbinin hər bir işi ilə şəxsən məşğul olurdu. Ən xırda detalı belə diqqətdən kənarda qoymurdu. Bütün şagirdlərlə tək-tək maraqlanır, onların inkişafına şəxsi dəstək göstərmək istəyirdi. O, hər şeyə yetmək istəyirdi, hər problemi şəxsən özü həll etmək istəyirdi. O istəyirdi ki, Dünya məktəbinin hər bir şagirdi uğur qazansın, mənəvi və zehni inkişafı təkmil olsun, ortaya çıxan problemlər həll edilsin. Bütün şagirdlərə ayrıca diqqət ayırırdı, onlarla söhbət etməkdən zövq alırdı. Bu söhbətlər şagirdlərin zehninə ömürlük həkk edilirdi, çünki o, didaktik danışmırdı, şagirdə qulaq asmağı bacarırdı, şagird onunla danışdıqda nə istədiyini özü aydın şəkildə başa düşürdü, öyrənirdi. Bəzən insanları sadəcə dinləmək belə onların düzgün yolu tapması üçün kifayət edir. Nailəxanım bu qədim və ali həqiqəti dərk etmiş insanlardan biri idi.

Nailəxanım yanına gələn hər bir şəxsə - əlillərə, müharibə veteranlarına, valideyn himayəsindən məhrum olmuşlara kömək göstərirdi, onların dərdinə yanırdı, onların problemlərini öz canında, öz ruhunda hiss edirdi. Əlbəttə ki, onun imkanları da hüdudsuz deyildi, bəzilərinə kömək edə bilirdi, bəzilərinə kömək etmək isə onun imkanlarından, səlahiyyətlərindən çox-çox uzaqda idi. Bununla belə, hər kəs Nailə xanımın onun dərdinə ürəkdən yandığına, onu başa düşdüyünə, kömək göstərmək istəyinə səmimi qəlbdən inanırdı, onu sevirdi, ona hörmət bəsləyirdi və onun simasında özünə bir hami, bir dayaq, bir istinad nöqtəsi tapırdı. Nailəxanım onunla cəmi beş dəqiqə belə ünsiyyətdə olan insanın yaddaşında silinməz izlər qoyurdu.

Nailəxanımın gördüyü işlərlə bağlı çox danışmaq olar. Ancaq cəmi bir məqamı xatırlatmaq kifayətdir. Belə ki, Nailə xanım “Günəş uşaq evi”ni himayəyə götürmüş, uşaq evində repetitorluq kursları təşkil etmiş, həmin kurslar nəticəsində uşaq evinin səkkiz məzunu Xəzər Universitetinə daxil olmuşdu. Həmin uşaqların toyunu da Nailəxanım etmişdi. Xalq üçün bundan böyük xidmət ola bilərmi? O bütün bu işləri heç yerdə reklam etmirdi. Uşaqların rifahı, xoşbəxtliyi, səadəti onun üçün ən böyük töhfə, ən böyük fərəh idi.

O uşaqlar var olduqca Nailə xanım yaşayacaq...

Dünya məktəbi var olduqca Nailə xanım yaşayacaq...

Bəstələdiyi mahnılar səsləndikcə Nailə xanım yaşayacaq...

Onun şagirdləri, tələbələri daim onun varlığını yaşadacaq...

Onlar da yeni şagirdlər, yeni tələbələr yetişdirəcək...

Və Nailəxanım daim var olacaq!

Dilarə İsgəndərzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://525.az
archiveBu xəbər 28 May 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see304

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see282

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see277

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see269

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see264

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see255

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see251

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see244

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see243

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see237

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see236

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see236

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see221

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see219

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see215

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see210

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see210

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see204

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see201

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri