Icma.az
close
up
RU
Beş ildən sonra hara gedirsən? Ekspert ən təhlükəli müsahibə sualını açıqladı

Beş ildən sonra hara gedirsən? Ekspert ən təhlükəli müsahibə sualını açıqladı

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müasir əmək bazarında seçilmək üçün digər namizədlərdən bir addım öndə olmaq son dərəcə vacibdir. Bu isə təkcə CV-yə deyil, həm də müsahibədə verilə biləcək çətin suallara hazır olmağa aiddir.

Qaynarinfo CNBC-yə istinadən xəbər verir ki, karyera mütəxəssisi, "Self Made Millennial" platformasının təsisçisi Madlen Mann müsahibələrdə ən narahatlıq yaradan suallardan birinin belə səsləndiyini deyir: "Özünüzü beş ildən sonra harada görürsünüz?"

Mann bildirir ki, bu xeyli çətin sualdır və çox vaxt namizədlərin imtina cavabı almasına səbəb olur. Onun sözlərinə görə, işə qəbul meneceri bu sual vasitəsilə namizədlərin həmin işə həqiqi marağının olub-olmadığını və bu vəzifənin onların karyera ambisiyalarına uyğun gəlib-gəlmədiyini anlamağa çalışır.

Bir çox namizəd gələcək planlarından danışarkən həmin vəzifə ilə əlaqəsi olmayan hədəflər göstərir və bununla da bu işin onların karyera trayektoriyasına daxil olmadığını təsdiqləmiş olur: "Məsələn, deyirlər ki, "Beş ildən sonra öz biznesimi qurmaq istəyirəm" və ya "Beş ildən sonra ailə qurmaq istəyirəm". 

Mannın sözlərinə görə, sahibkarlıq və şəxsi nailiyyətlərlə bağlı cavablar namizədin işi tez tərk edə biləcək biri təəssüratını yaradır. O əlavə edir ki, şirkətlər uzun müddət çalışacaq əməkdaşları işə götürməyə üstünlük verirlər, artıq ayrılmağı düşünənləri isə yox.

Mann həmçinin müsahibə götürən şəxsə "Beş ildən sonra sizin yerinizdə olmaq istəyirəm" deməməyi tövsiyə edir, çünki bu, təkəbbür və qeyri-real görünə bilər.

O, vəzifə və ya vəzifə artımından çox, ölçülə bilən karyera nəticələrinə diqqət yetirməyi tövsiyə edir. O, sualı belə yenidən çərçivəyə salmağı məsləhət görür: "Bu vəzifə mənim inkişafıma necə töhfə verir?”

"Beş ildən sonra bu şöbənin direktoru olacağam” demək əvəzinə, namizədlərin bu məqsədə çatmaq üçün atacaqları addımlardan söz açması daha effektivdir.

"Məsələn, deyə bilərəm ki, "Daha çox birbaşa tabeçim olsun istəyirəm", yaxud "Daha böyük müştərilərlə işləmək, təşkilat daxilində müraciət olunan ekspertə çevrilmək istəyirəm" və ya "Daha geniş auditoriyalar qarşısında çıxış etmək niyyətindəyəm. "Sadəcə "mən vəzifə istəyirəm" deməkdənsə, siz "biznesə fayda gətirəcək nəticələrə nail olmaq istəyirəm" deyirsiniz", deyə Mann bildirir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Noyabr 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see717

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see557

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see554

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see320

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see314

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see308

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see273

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see269

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see263

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see262

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see262

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see261

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see260

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see257

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see235

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see215

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see210

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see206

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri