Ən riskli bu ərazilərdir Ekspert səbəbini açıqladı
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Bunu Ölkə.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev deyib.
Onun sözlərinə görə, torpağın altındakı əsas sürüşmə yaradan yüksək gilli, su keçirməyən laydır:
"Üst qatdan gələn suları aşağı buraxmadığına görə torpaq qatını sabun kimi sürüşdürür. Sürüşmənin mahiyyəti bundan ibarətdir. Bu hadisələr bir çox yerdə, hər dəfə baş verir. İndi görürəm ki, müəyyən ərazilərdə belə hallara daha çox rast gəlinir. Ola bilər ki, həmin ərazilərə daha çox yağıntı düşür. Ancaq bəzi başqa hissələrdə də sürüşmələr var. Məsələn, Ağsu aşırımı ərazilərində, həmçinin Qəbələ tərəfdə də belə hallar müşahidə olunur. Qəbələ yolu istiqamətində də sürüşmələr var.
Bu məsələyə iki istiqamətdən yanaşmaq lazımdır. Birincisi, təbii meşə zonasına xas olan xüsusiyyətlərdir. Meşə zonalarında, xüsusilə müəyyən dərinliklərdə sürüşmələr daha çox baş verir. İkincisi isə tikinti işləri və yol çəkilişidir. Müxtəlif amillər var. Bəzi ərazilər dayanıqlı hesab edilərək təhvil verilir, lakin orada heç bir əlavə tədbir görülmür. Nəticədə həmin ərazilərdə də sürüşmələr baş verir və dayanıqlıq itir".
Ekoloq qeyd edib ki, Qərb zonasına da çox yağıntı düşüb:
"Sürüşmələr yamaclarda daha çox müşahidə olunur. Bəzən yamacların dik olması da problem yaradır. Belə ərazilərdə torpaq qatı dərhal sürüşür, çünki yamacın meyilliliyi yüksək olur".
Ə.Əliyev vurğulayıb ki, Azərbaycanın bütün ərazisində riskli zonalar var. Ən quraq ərazilərdə, məsələn, Quba-Xaçmaz zonası, Xızı tərəflərdə də sürüşmələrə rast gəlinir:
"Cənubda da sürüşmələr var. Sadəcə, bəzi yerlərdə baş verən sürüşmələr qeydiyyata düşmür. Ümumiyyətlə, Azərbaycanın dağlıq ərazilərinin çoxunda riskli zonalar mövcuddur".
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 24 Noyabr 2026 19:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















