Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda fəaliyyət göstərən restoranlardan birində əcnəbi turistə təqdim olunan hesab narazılığa səbəb olub. Turistin sözlərinə görə, sifariş etdiyi yeməklərin qiyməti menyuda göstəriləndən fərqli hesablanıb və yekun məbləğ ikiqat baha olub. Qiymətlərin düzəldilməsi üçün dəfələrlə müraciət etsə də, nəticə əldə edə bilməyib.
Milli.Az xəbər verir ki, turistlərə qarşı bu cür halların uzun müddətdir davam etdiyini deyən turizmçi Əziz Şiriyev bildirib ki, oxşar problemlərə Bakı ilə yanaşı, Qəbələ və Qubada da rast gəlinir. Onun sözlərinə görə, bəzi nəqliyyat xidməti göstərən şəxslər və yerli məhsul satanlar da turistlərdən sui-istifadə edirlər.
O hesab edir ki, belə halların qarşısı alınmalı, aidiyyəti qurumlar nəzarəti gücləndirməlidir. O, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Hotel Assosiasiyası, Qida Təhlükəsizliyi Agentliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin bu məsələyə diqqət yetirməsinin vacibliyini vurğulayıb.
Turizmçinin fikrincə, turistlərin hüquqlarının qorunması üçün ölkədə turizm polisinin yaradılması da məqsədəuyğun olardı. O bildirib ki, qonaqların problem yaranan zaman müraciət edə biləcəkləri qurumun olması onların təhlükəsizlik hissini gücləndirər və Azərbaycanın turizm məkanı kimi nüfuzuna müsbət təsir göstərər.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 26 Oktyabr 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















