Icma.az
close
up
RU
Beş ildir ki, xalqımız qürurlu və başını dik tutaraq gəzir Deputat

Beş ildir ki, xalqımız qürurlu və başını dik tutaraq gəzir Deputat

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

"44 günlük Vətən Müharabəsi şanlı tariximizdir. Bir gündən sonra bu şanlı tariximizin beşinci ili tamam olur. Bu beş il ərzində xalqımız qürurlu, başını dik tutaraq gəzir. Beş il bizim sevinc günlərimizdir. Beş il həm də bizim yaşadığımız acı tarixi xatırlaya-xatırlaya, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası tarixidir".
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. O bildirib ki, bu beş il bizim üçün quruculuq və yaradıcılıq illəri oldu:
"Ermənilər 30 il ərzində dağıdıb, məhv edib, viran qoyduğu əraziləri biz isə beş ildə yenidən qururuq, bərpa edirik, bu günə qədər 20 minə yaxın keçmiş məcburi köçkünü öz doğma yurd-yuvalarına qaytararaq, firəvan həyat təmin edə bilmişik. Dövlət başçımızın müvafiq sərəncamı ilə imzalanmış “2022-2026-cı illəri əhatə edən Böyük Qayıdış Dövlət Proqramı” uğurla icra olunur. Bu gün artıq 100-ə yaxın yaşayış məntəqəsinin təməlləri atılıb. Demək olar ki, bütün sosial infrastruktur layihələri, işğaldan azad olunmuş ərazilərdə yenidən qurularaq bərpa olunub başa çatmaq üzrədir və qoyulmuş hədəflərə çatmağımızın bir addımlığındayıq. 2026-cı ilə qədər biz 140 mindən çox keçmiş məcburi köçkünü öz doğma yurdlarına qaytara biləcəyik". 
Deputat qeyd edib ki, 8 avqustda Vaşinqtonda imzalanmış sazişlər yeni reallıqların Ermənistan tərəfindən  qəbul olunması, regionda yaratdığımız yeni reallıq üzərində sülh gündəliyinin artıq praktikaya keçməsinin sübutu oldu: 
"Yəni, Zəfər günümüzdə Azadlıq meydanımızda möhtəşəm hərbi parad keçiriləcəkdir. Bu paradda Azərbaycan öz hərbi gücünü bir daha nümayiş etdirərək, Azərbaycana bundan sonra da çəp gözlə baxmaq istəyənlərə bir mesaj göndərmiş olacaqdır".
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Noyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see250

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see158

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see156

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see134

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see133

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see133

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see129

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see127

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see125

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see125

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri