Trampın sözləri xalqımız üçün qürur və sevinc mənbəyidir Deputat
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
"Dünyanın ən qüdrətli dövlətlərinin rəhbəri Donald Tramp tərəfindən Prezident İlham Əliyevə yönəldilən "siz böyük lidersiniz və xalqınız böyük xalqdır" sözləri heç vaxt unudulmayacaq",
Redaktor.az xəbər verir ki, bunu deputat Azər Badamov parlamentin bugünkü iclasında dedi.
Onun fikrincə, bu dəyərli ifadələr xalqımız üçün qürur və sevinc mənbəyidir.
"ABŞ Prezidenti Donald Trampun da vurğuladığı kimi, Prezident İlham Əliyev həm dünyasəviyyəli siyasətçi, həm də etibarlı tərəfdaş olaraq Azərbaycanı beynəlxalq arenada söz sahibi edən liderdir. Vaşinqtonda əldə olunmuş razılaşmalar göstərir ki, Azərbaycan diplomatiyası və Prezident İlham Əliyevin uzaqgörən siyasəti regionda sülh və sabitliyin təmin olunmasında mühüm rol oynayır. Bu sənədlər xalqımıza davamlı sülh və təhlükəsiz gələcək vəd edir", - deyə parlamentari vurğuladı.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 09 Sentyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















