Icma.az
close
up
RU
Beş manatlıq mübahisə cinayətə yol açdı TƏFƏRRÜAT

Beş manatlıq mübahisə cinayətə yol açdı TƏFƏRRÜAT

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Sumqayıt şəhərində iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Sumqayıt şəhəri, 41A məhəllə ərazisində yerləşən 5A saylı yaşayış binasının 4-cü girişində baş verib 
Sumqayıt şəhər sakini, 1981-ci il təvəllüdlü Rauf aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı tanışı Zahidin baş nahiyyəsindən dəmir dabankeşlə, yumruqla isə üz nahiyyəsindən vurub. 
Hadisəni törədən Raufun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Rauf ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Zahid onun yaşadığı əraziyə baxan 12 saylı MKİS-də bağban işləyir və mütəmadi olaraq yaşadığı 41A məhəllə ərazisində olur: “Hadisə günü, təxminən saat 13:30-da evimin kanalizasiya xətti tutulduğu üçün yaşadığım binanın həyətində dayanan Zahidə yaxınlaşdım. Bu işdə mənə köməklik etməsini istədim və ona göstərdiyi kömək müqabilində 5 manat verəcəyimi dedim. Zahid də mənimlə razılaşdı. Dəmir trosla evimin eyvanından küçəyə gələn kanalizasiya xəttini təmizləməyə başladıq”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən saat 14:00-da Zahidə işini qurtardıqdan sonra 5 manat verib: “Bu zaman Zahid pulun az olduğunu dedi. Mən üzərimdə pul az olduğum üçün ona əlavə olaraq 8 manat pul verdim. Zahid pulun az olduğunu dedi və ünvanıma nalayiq ifadələr işlətdi. Əlavə olaraq 2 manat da verməyimi istədi. Zahidə baş qoşmayaraq pul gətirmək üçün evə getdim. Mən bloka girən zaman Zahidin arxamca yenə söydüyünü eşitdim. Mən evdən 2 manat pul götürərək aşağı düşdüm. Mən evdən çıxan zaman dəhlizdə olan dəmir dabankeşi də həyətdə olan kanalizasiya borusunun ətrafında olan torpağı düzləşdirmək üçün götürdüm. Yaşadığım binanın girişinin 1-ci mərtəbəsinə düşən zaman Zahidin blokda məni gözlədiyini gördüm. 2 manat pulu ona verərək bir daha söyüş söyməməsini bildirdim. Buna görə aramızda mübahisə yarandı. Zahid yenə nalayiq söyüşlə məni söydü. Mən də bundan əsəbləşərək əlimdə olan dəmir dabankeşlə onun başından, yumruqlarla sifətindən vurdum. Zahidin başından xəsarət aldığını görərək onu daha vurmadım və öz evimə getdim. Zahid də oradan getdi. Sonradan Zahidin məndən polisə şikayət etdiyini  öyrəndim”. 
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Bu səbəbdən zərərçəkən ona qarşı şikayətini geri götürüb. 
Hakim onların barışmasını nəzərə alıb və təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Oktyabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri