Icma.az
close
up
RU
Lənkəranda küçə mübahisəsi ağır cinayətə çevrildi TƏFƏRRÜAT

Lənkəranda küçə mübahisəsi ağır cinayətə çevrildi TƏFƏRRÜAT

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Lənkəranda iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demoktat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 28-də Lənkəran şəhəri, Həzi Aslanov küçəsində baş verib. 
1971-ci il təvəllüdlü Ələddin həmin gün saat 14 radələrində Elvin ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisəyə səbəb isə Elvinin onun ünvanına nalayiq ifadə işlətməsi olub. 
Bu səbəbdən aralarında yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsin burun nahiyyəsinə qəsdən kəllə ilə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Hadisəni törədən Ələddinin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, martın 28-də, saat 14 radələrində küçədə hərəkətdə olan zaman əsəbi olduğu üçün asta səslə özü-özünə nalayiq ifadə işlədib: “Bu zaman yaxınlığmnda dayanan, adını sonradan bildiyim Elvin mənə salam verdi,  adımı soruşdu. Adımın Ələddin olduğunu bildirdim. Mənə söyüş söyməməyimi bildirdi. Elvinə həmin söyüşü ona söymədiyimi dedim. O, yenə də nalayiq ifadə işlətməyin düzgün olmadığını ifadə etdi. Mən isə Elvinin məndən yaşca balaca olduğunu gördüm və ona “rədd ol, get də sən Allah” dedim. Bu zaman zərərçəkmiş şəxs ünvanıma nalayiq ifadə işlədərək, üzərimə gəldi. Mən də əsəbləşdim və Elvinin burun nahiyyəsinə kəllə ilə bir zərbə vurdum”. 
Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ələddin 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
Qeyd edək ki, məhkum bundan əvvəldə mühakimə edilib. O, 2010-cu ildə Cinayət Məcəlləsinin 181.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddələri ilə təqsirli bilinib və 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, 2019-cu ildə cəzasının sonu ilə həbsdən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Sentyabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri