Icma.az
close
up
RU
Həmkəndlilər arasında mübahisə cinayətlə nəticələndi TƏFƏRRÜAT

Həmkəndlilər arasında mübahisə cinayətlə nəticələndi TƏFƏRRÜAT

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Quba rayonunda 1987-ci il təvəllüdlü Elxan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Vaqifə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin mayın 5-də, saat 23 radələrində rayonunun Qımılqışlaq kəndində baş verib. Elxan aralarında yaranmış mübahisə zamanı tanışı Vaqifə bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Elxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Elxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, mayın 5-də, saat 16 radələrində dostu Turalın oğul övladının ad günü məclisində spirtli içki  qəbul edib və sonra kənddə yerləşən çay evinə bilyard oynamaq üçün gedib: “Orada həmkəndlilərim ilə bilyard oynayan zaman həmkəndlim və tanışım Vaqif adlı şəxsin sərxoş vəziyyətdə çay evinə  girdi. Mənim qarşıma keçərək “burada kişi var” deyə söylədi. Ona cavab olaraq öz növbəmdə “sənə kişi lazımdır” deyə bildirdim. Bu zaman aramızda söz mübahisəsi baş verdi. Mübahisəni davam etdirməkdən ötrü heç kimin olmadığı yerə, çölə çıxdıq. Orada aramızda dava-dalaş oldu. Bu zamanı hər ikimiz biri-birimizə əl və ayaq zərbələri ilə vurduq. Mübahisə bitdikdən sonra Vaqif yaşadığı evə getdi”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, bir müddət sonra evinin qarşısında səs küy gəldiyini eşidərək çölə çıxıb: “Bu zaman Vaqifin olduğunu gördüm. Təkrar onunla aramızda söz mübahisəsi baş verdi. Mübahisələrimiz təxminən 5-10 dəqiqə davam etdi”.
İş üzrə zərərçəkmiş Vaqifin sözlərinə görə, mayın 5-də  Xaçmaz şəhərinə kredit ödəməkdən ötrü gedib: “Daha sonra axşam yaşadığım kəndə qayıtmaq üçün Xaçmaz şəhərindən taksi ilə gələrək kənddə yerləşən çay evinin qarşısına çatdım. Maşından düşərək çay içmək üçün çay evinə girdim. Bu zaman orada həmkəndlim Elxanı gördüm. Onun qabağına keçərək, “burada kişi var” deyə bildirdim. Bu sözü bildirməyimin səbəbi Elxanın mənə borclu olmasını, lakin verməməsi idi. Həmin vaxt Elxan cavab olaraq “kişi mən” deyə cavab verdi. Bu zaman aramızda söz mübahisəsi baş verdi. Daha sonra mübahisəmiz çay evindən kənarda dava-dalaşla nəticələndi”. 
Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkmiş də onu bağışlayıb. 
Bu halları nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad olunub. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:271
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Noyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see327

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see311

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see284

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see273

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see270

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see257

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see246

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see243

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see233

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see227

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see220

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see219

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see213

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see204

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see203

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see200

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see200

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see193

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see189

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri