Icma.az
close
up
RU
Beşamel souslu qulançar və kök sote resepti

Beşamel souslu qulançar və kök sote resepti

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaz fəslinin ən təravətli və zərif tərəvəzlərindən biri olan qulançar kökün xəfif şirinliyi ilə birləşdikdə süfrələrinizə asan hazırlanan bir ləzzət qatacaq. Zeytun yağında pörtlədilən tərəvəzlərin üzərinə gəzdirilən ipək kimi hamar beşamel sousu bu yeməyin dadını tamamlayır. İstər əsas yeməklərin yanında qarnir kimi, istərsə də xəfif bir günorta yeməyi olaraq dadına baxa bilərsiniz.

Milli.Az lazım olan məhsulları təqdim edir:

1 dəstə təzə qulançar (kuşkonmaz)

3 ədəd orta boy kök

3 xörək qaşığı zeytun yağı

1 çay qaşığı duz

Beşamel sousu üçün:

1 xörək qaşığı kərə yağı

1 xörək qaşığı un

1 su stəkanı soyuq süd

Yarım çay qaşığı duz

Yarım çay qaşığı qara istiot

Üzəri üçün:

1 çay qaşığı pul bibər

Hazırlanma qaydası
Kökün qabıqlarını soyun və uzununa incə dilimlərə ayırın. Bu dilimləri üst-üstə qoyaraq nazik samanvari şəklində doğrayın. Qulançarın alt və orta hissəsindən tutub xəfifcə əyin; o, öz təbii nöqtəsindən qırılacaq. Sərt olan sap hissəsini atın, qalan təzə hissəsini isə yemək üçün saxlayın.

Geniş bir tavaya zeytun yağını əlavə edib qızdırın. İlk olaraq qulançarları və duzun yarısını əlavə edib, xəfif rəng alana qədər təxminən 8-10 dəqiyiə sote edin, sonra onları tavadan bir qaba çıxarın. Eyni tavanın içinə doğranmış kökləri və qalan duzu töküb, yumşalana qədər 6-7 dəqiqə qovurun.

Kiçik bir qazanda kərə yağını əridin. Unu əlavə edib qoxusu çıxana qədər az odda davamlı qarışdıraraq qovurun. Topaqlar qalmasın deyə soyuq südü yavaş-yavaş və bir tərəfdən də çırpıcı ilə sürətlə qarışdıraraq əlavə edin. Duz və qara istiotu da qatıb, sous qatılaşana qədər 5-6 dəqiqə bişirin.

Sotelənmiş kök və qulançarları servis boşqabına yan-yana nizamla düzün. Üzərlərinə hazırladığınız ilıq beşamel sousunu gəzdirin. Son toxunuş olaraq pul bibər səpib isti-isti süfrəyə verin.

Nuş olsun!
Lalə Qüdrətova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 May 2026 08:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri