Bəşər Əsəd rejimi ilə bağlı yeni faktlar: Mahir Əsəd ona qarşı çıxanları... FOTOLAR
Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Suriyanın devrilmiş lideri Bəşər Əsədin özü kimi qardaşı Mahir Əsədin də adı işgəncələr və narkotik ticarətində hallanır.
Publika.az xəbər verir ki, hələlik Mahir Əsədin harada olduğu məlum deyil.
Qeyd edək ki, müxalifət Dəməşqə girəndə ilk hədəflərdən biri də Bəşər Əsədin qardaşının malikanəsi olub.
Mahir Əsəd dəbdəbəli xarici görünüşü, böyük hovuzu və möhtəşəm mənzərəsi olan iqamətgahda ailəsi ilə birlikdə yaşayıb. Lakin rejim süqut etdikdən sonra ölkəni tərk ediblər.
Görüntülərdə Mahir Əsəd və ailəsinə məxsus fotoalbomlar, dərmanlar və şəxsi əşyalar əks olunub.
Sözügedən ev Bəşər Əsədin iqamətgahı kimi müxalifət qüvvələri tərəfindən talan edilib. Hər şey diqqətlə araşdırılıb, ancaq bir neçə şəxsi əşya və fotoşəkildən başqa heç nə tapılmayıb.
Mahir Əsəd ən azı qardaşı Bəşər Əsəd qədər qəddar, əli qana bulaşmış biridir. Belə ki, Mahir Əsəd Suriyada ona qarşı çıxanlara etdiyi zülmlə tanınır. O, amansızlığı ilə yanaşı, Suriyada narkotik ticarətinin rəhbəri kimi də ad çıxarıb.
Suriyada Baas rejiminin devrilməsi ilə onunla bağlı günü-gündən yüni faktlar ortaya çıxmağa davam edir. "Əsədin qəssabxanası" adı altında işgəncə və kəşfiyyat mərkəzi adı altında gizlənən həbsxanalar hələlik yeganə məlum faktlardandır.
Aysel Şahmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 26 Dekabr 2024 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















