Icma.az
close
up
RU
Bəşər Əsəd rəsmi Ankaranın ona uzatdığı əli sıxmaq istəmədi və hakimiyyətini itirdi TƏHLİL Yeni Çağ Media

Bəşər Əsəd rəsmi Ankaranın ona uzatdığı əli sıxmaq istəmədi və hakimiyyətini itirdi TƏHLİL Yeni Çağ Media

Icma.az, Yenicag portalına istinadən məlumat verir.

Artıq 61 illik Əsəd rejimi sona çatdı. Rəsmi mənbələr Bəşər Əsəd rejimin süquta uğradığını bu gün açıq şəkildə bəyan etdilər.

Bəşər Əsəd hakimiyyətini qorumaq üçün çox çalışsa da, bu istəyinə nail ola bilmədi. Bəşər Əsəd rəsmi Ankaranın ona uzatdığı əli sıxmaq istəmədi və hakimiyyətini itirməyə məcbur oldu. Bu Bəşər Əsədin buraxdığı ilk səhv deyildi. Hələ bir neçə gün öncə Rusiya və İrandan yetirincə dəstək almaq imkanları qapanan Əsəd rejimi rəsmi Ankara ilə əlaqə qurmaq üçün çabalayırdı. Lakin rəsmi Ankara Əsəd rejimin bu səmimiyyətini qəbul etmədi. Çünki illərdir ki, rəsmi Ankara Əsəd rejimi ilə təmaslar qurmağa çalışsa da, rəsmi Dəməşq bu uzanan əli sıxmaqdan imtina edirdi. Türkiyənin planı isə başqa idi. Rəsmi Ankara həm PKK/PYD terror təşkilatını birdəfəlik bitirmək, həm də qaçqın problemini yoluna qoymaq üçün öz kartlarını işə salmağa başladı. Ankara Yaxın Şərqi, o cümlədən də, Suriyada geopolitik maraqları öz xeyrinə dəyişməyi bacardı.

Bu türk diplomatiyasının ən ugurlu gedişlərindən biri idi.

İndi Ankara Yaxın Şərqin əsas oyunçularından birinə çevrilib. Bir sözlə Türkiyə artıq Yaxın Şərqdə əsas geopolitik iradə mərkəzlərindən biri olduğunu dərhal hər kəsə qəbul etdirməyə nail oldu. Və bütün bunlar indi Türkiyənin öz maraqlarını ön planda tutmasını təmin edir.

ABŞ-da keçirilən prezident seçkilərini Türkiyənin şansı da saymaq olar. Ankara ABŞ-da seçkilərin bitməsindən dərhal sonra öz planlarını reallaşdırmağa başladı. Donald Trampın ABŞ prezidenti seçilməsi və Trampın Suriyadakı vəziyyətlə bağlı “bu bizim savaşımız deyil, ABŞ buna qarışmamalıdır” açıqlaması əslində Türkiyənin əl-qolunu açmış oldu. Qısa zamanda Türkiyə Suriyada müəyyən gedişlər edərək faktiki olar həm PKK/PYD-nı, həm də 61 illik Əsəd rejimini məhv etməyi bacardı.

Məsələ ondadır ki, Ağ Evdə onu da anlayırlar ki, Türkiyənin geopolitik maraqları nəzərə alınmadan Yaxın Şərqdə yeni düzənin yaradılması İsrailin təhlükəsizliyinə tam təminat vermək qətiyyən mümkün olmayacaq. Və bu səbəbdən də, rəsmi Ankaraya Yaxın Şərqdə tam fəaliyyət sərbəstliyi tanımaq məcburiyyətində qaldılar. Bu Ankaranın öz planlarını reallaşdırmağa imkan verdi.

Rusiya və İranın bu oyundan ustalıqla kənarlaşdrılması nəticəsində, faktiki olaraq Bəşər Əsəd dəstəksiz qaldı. Bir sözlə Türkiyə Yaxın Şərqdən İran və Rusiyanı ustalıqla uzaqlaşdırmağı bacardı.

İndi Suriyada qalan kiçik bir PKK/PYD qruplarını sıradan çıəxarmaq qalır. Artıq Qərb dövlətləri də anlayır ki, onlar Yaxın Şəqdə Türkiyə ilə hesablaşmaq məcburiyyətindədirlər. Hadisələrin gedişi onu göstərir ki, Ankara tezliklə çoxsaylı suriyalı qaçqınları öz evlərinə geri qaytaracaq. Faktiki olaraq Ankara qaçqın məsələsini 2025-ci ilin ilk 6 ayında həll etmək niyyətini gizlətmir.

Qoşqar Salmanlı

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 08 Dekabr 2024 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri