Icma.az
close
up
RU
Bəşər Əsəddən sonra Suriya necə idarə olunacaq? AÇIQLAMA

Bəşər Əsəddən sonra Suriya necə idarə olunacaq? AÇIQLAMA

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“2000-ci ildən Suriya Ərəb Respublikasının prezidenti olan Bəşər Əsədin əslində son 13 ildə hakimiyyətdə qalması möcüzə idi. Çünki 2011-ci ildən “Ərəb baharı” başlandı, bir çox ərəb ölkələrində ciddi siyasi kataklizmlər yaşandı. Onların episentrində olan ölkələrdən biri məhz Suriya idi. Bəşər Əsədə qarşı çox ciddi müxalifət formalaşmışdı. Bu müxalifəti dəstəkləyən böyük dövlətlər var idi. Əslində son 13 il ərzində Suriya sənədlərdə müstəqil suveren dövlət olsa da, onun suverenliyi çoxdan pozulmuşdu. Bir ölkədə “Ərəb baharı”ndan sonra Rusiyanın, ABŞ-nin, Türkiyənin, İranın, İsrailin hərbi qüvvələri mövcud idisə, onda hansı suverenlikdən söhbət gedə bilərdi? Ölkədə çox ciddi müxalif qruplaşmalar da mövcud idi. Onların bir çoxunu Rusiya tərəfi terrorçu qruplaşma hesab edirdi”. 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

Deputat bildirib ki, noyabrın 27-dən faktiki olaraq Bəşər Əsəd hakimiyyəti əleyhinə müxalif qruplaşmaların hərbi əməliyyatı başlandı: “Heç iki həftə çəkmədi. Dekabrın 8-də onlar Dəməşqə qədər gəlib çata bildilər, ölkənin paytaxtını ələ keçirdilər. Digər şəhərlərdə də öz hakimiyyətlərini qura bildilər. Nəticədə, Bəşər Əsəd ölkəni tərk etmək, müqavimət göstərmədən hakimiyyəti vermək qərarına gəldi. Ailəsi ilə birlikdə ölkəni tərk etdi. İndi isə ortaya əsas sual çıxır: bundan sonra vəziyyət necə olacaq? Bəşər Əsəd dövrü başa çatdı. Bəs yeni dövr nə vəd edir? Yeni şərait göstərir ki, Suriyada Rusiya və İranın mövqeyi zəifləyib. Bu, bəllidir. Xüsusilə, "Təhrir əş-Şam" qruplaşması Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasının əsas güc mərkəzi kimi çıxış edir. Belə vəziyyətdə müvəqqəti hökumətin formalaşdırılması əsas planda olan məsələdir. Müvəqqəti hökumətə kim rəhbərlik edəcək? Ölkədə siyasi dialoq mühiti necə formalaşacaq? Nəzərə alsaq ki, Bəşər Əsədi müdafiə edən hərbi qüvvələr geri çəkilib, hələ təslim olmayıblar. Sözün həqiqi mənasında, çox mürəkkəb vəziyyətdir. Ayrı-ayrı böyük dövlətlərin reaksiyası necə olacaq? ABŞ-nin yeni Prezidenti Tramp deyib ki, Suriyada baş verən hadisələrin ABŞ-yə dəxli yoxdur, bu, onların öz müharibələridir. Sanki ABŞ kimi fövqəldövlət kənar müşahidəçi statusunda prosesləri izləyəcək. Rusiyanın da proseslərdə xüsusi təsir imkanlarının olmadığı faktı diqqətdən yayınmır. Çünki Rusiyanın başı Ukrayna ilə müharibəyə qarışıb. Moskva üçün strateji istiqamət budur. İran da Suriyada mövqeləri kifayət qədər zəifləmiş tərəf kimi çıxış edir. Baxmayaraq ki, Astana formatında Rusiya da, İran da var. Xüsusilə, İsrailin Həmas və Hizbullaha endirdiyi zərbələr əslində İrana endirilmiş zərbə kimi qiymətləndirilə bilər. Bu da İranın mövqelərini zəiflədir. Prosesdə qardaş Türkiyə dövlətinin mövqeləri daha güclü təsir bağışlayır. O da Astana formatının iştirakçısıdır. Türkiyənin əvvəldən Suriya hakimiyyəti ilə ciddi problemləri olub. Bəşər Əsəd Prezident Ərdoğanla görüşlərdən, təmaslardan belə imtina edib. Nəzərə alsaq ki, təxminən, 4 milyona qədər suriyalı məhz Türkiyədə özünə sığınacaq tapıb. Onların Suriyaya geri qaytarılması məsələsi aktuallaşa bilər. Bu, Türkiyənin böyük bir yükdən azad olması deməkdir. Eyni zamanda PKK-nın əsas qanadlarından biri olan YPG də məhz Suriyanın şimalında  məskunlaşıb və hər zaman Türkiyə üçün təhlükə mənbəyi kimi çıxış edirdi. Bütün bu reallıqlar fonunda Türkiyənin üzləşdiyi problemlərin həlli üçün daha münasib vəziyyət yaranıb, münbit şərait formalaşıb. Qardaş dövlət onun siyasi, hərbi rəhbərliyi, yəqin ki, reallaşmış yeni reallıqlardan maksimum Türkiyənin təhlükəsizlik maraqları üçün istifadə edəcək”. 

Aytəkin Qardaşova 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://pravda.az
archiveBu xəbər 09 Dekabr 2024 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see178

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see142

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see139

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see138

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see134

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see133

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see129

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see124

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see122

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see119

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see115

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see113

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see112

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri