Bəşər Əsəddən ilk AÇIQLAMA KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Suriya Prezidenti Bəşər Əsəd ilk dəfə olaraq ölkənin şimalında silahlı qruplaşmaların irəliləməsinə münasibət bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə Suriya liderinin ofisi məlumat yayıb.
O, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla söhbətində ölkəsinin müttəfiqlərinin və dostlarının köməyi ilə terrorçuları məğlub etməyə qadir olduğunu bildirib.
“Prezident Əsəd telefon danışığı zamanı vurğulayıb ki, Suriya öz ərazi bütövlüyünü terrorçulardan və onların havadarlarından müdafiə edir, müttəfiqləri və dostlarının köməyi ilə onları məhv etməyə qadirdir”, – ofisin məlumatında deyilir.
Qeyd edək ki, noyabrın 27-dən Suriyada vəziyyət gərginləşib. Üçgünlük döyüşlərdən sonra üsyançılar 2016-cı ildən bəri ilk dəfə ölkənin ikinci ən əhəmiyyətli şəhəri olan Hələbə daxil olublar və şəhəri nəzarət altına alıblar.
Baxış sayı:112
Bu xəbər 01 Dekabr 2024 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















