Beşiktaş 40 milyona hücumçu alır
Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İstanbulun "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Metbuat.az xəbər verir ki, bu barədə Portuqaliya mediası məlumat yayıb. Xarici KİV Türkiyə təmsilçisinin "Benfika"nın hücumçusu Vangelis Pavlidisin xidmətində maraqlı olduğunu yazıb. "Beşiktaş"ın yunan əsilli hücumçu üçün 40 milyon avro ödəməyə hazır olduğu bildirilir.
Portuqaliya mediası "Benfika"nın bu təklifə isti baxmadığını yazıb. Xarici KİV-in iddiasına görə, Portuqaliya klubu Pavlidis üçün ən azı 50 milyon transfer haqqı tələb edir.
Qeyd edək ki, Vangelis Pavlidis bu mövsüm "Benfika"nın heyətində 60 oyuna çıxıb. O, 30 qol vurub və 6 məhsuldar ötürmə verib.
Baxış sayı:159
Bu xəbər 20 İyun 2026 21:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















