Icma.az
close
up
RU
Beşiktaş : bir portuqaliyalı getdi, başqası gəldi

Beşiktaş : bir portuqaliyalı getdi, başqası gəldi

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

''Beşiktaş''la bağlı transfer xəbərləri var.

İstanbul nəhəngi transfer dönəminin son günlərini də fəal keçirdi. ''Qartal'' iki yeni isimlə anlaşdısa, Sərgən Yalçının planlarına daxil olmayan bir futbolçu ilə yollar ayrıldı. Bu futbolçu Joao Mariodu. Təcrübəli portuqaliyalı futbolçu bu mövsümü icarə əsasında Yunanıstan nəhəngi AEK-də keçirəcək. Yunanlar birillik icarə haqqı kimi ''ağ-qaralar''a 2 milyon avro ödəyəcək. ''Beşiktaş'' bununla da həm legioner limitində yer açmış, həm də maddi cəhətdən irəli düşmüş oldu. ''Beşiktaş''la hələ ikiillik müqaviləsi olan 32 yaşlı Mario istanbulluların heyətində 39 rəsmi oyuna çıxaraq 7 qol, 4 məhsuldar ötürməlik performans sərgiləyib.
Maraqlıdı ki, ''Beşiktaş'' bir portuqaliyalı futbolçu ilə vidalaşıbsa, əvəzində başqa portuqaliyalını transfer edib. Söhbət Jota Silvadan gedir. ''Nottingem Forest''in üzvü olan 26 yaşlı vinger dünən səhər saatlarında İstanbula gəlib. Bu transfer icarə əsasında baş tutub. ''Beşiktaş'' İngiltərə klubuna 3 milyon avro ödəyəcək. Bundan başqa, müqavilədə şərtə bağlı məcburi transfer maddəsi də mövcuddu. Bu maddə qüvvəyə minəcəyi təqdirdə ''qartal'' gələn yay 17 milyon avro ödəyərək Jota Silvanı daimi əsasda transfer etməli olacaq. ''Pakuş Ferreyra''nın yetirməsi olan Silva karyerasının ilk illərini elə vətənində keçirib. ''Eşpinyo'', ''Leykşoes'', ''Kasa Piya'' və ''Gimaraynş''da forma geyəndən sonra ötən yay 7 milyon avroya transfer olunduğu ''Nottingem Forest'lə dördillik müqavilə imzaladı. Amma İngiltərə futboluna uyğunlaşmaqda çətinlik çəkdi. ''Beşiktaş''ın digər yeni transferi isə Gökhan Sazdağıdı. ''Kayserispor''dan 1,5 milyon avroya transfer edilən sağ cinah müdafiəçisi ilə ''2+1'' illik müqavilə imzalanıb. Bu futbolçu yeni klubunda ''25'' nömrəli forma ilə çıxış edəcək.
''Fənərbaxça''nın yetirməsi olan 30 yaşlı Gökhan daha öncə ''Manisaspor'', ''Qaziantep'', ''Fatih Karagümrük'', ''Hatayspor'', ''Adanaspor'', ''Boluspor''da forma geyib. 2021-dən şərəfini qoruduğu ''Kayserispor''da 133 rəsmi oyuna çıxaraq aktivinə 6 qol, 17 məhsuldar ötürmə yazıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:505
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Sentyabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri