İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
"İpək Yolu Sığorta" ASC bu ilin yanvar-sentyabr aylarını 743 min manat xalis mənfəətlə başa vurub.
SİA şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,9 % çoxdur.
9 ayda "İpək Yolu Sığorta"nın gəlirləri 9,144 milyon manat (1 il əvvələ nisbətən 59,7 % çox), xərcləri 8,216 milyon manat (60,5 % çox), mənfəət vergisi ödəmələri isə 186 min manat (52,5 % çox) təşkil edib.
Bu il oktyabrın 1-nə "İpək Yolu Sığorta"nın aktivləri 23,547 milyon manat olub ki, bu da illik müqayisədə 3 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 14,9 % artaraq 8,369 milyon manata çatıb, balans kapitalı isə 2,6 % azalaraq 15,177 milyon manata düşüb.
Xatırladaq ki, "İpək Yolu Sığorta" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 96,5 %-i "ASG Business Aviation" MMC-yə, 3,5 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 10 Noyabr 2026 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















