ABŞ İranın 9 milyard dollarını qaytarır? Razılaşmanın ŞƏRTLƏRİ
Icma.az, Baku.ws saytına istinadən bildirir.
ABŞ və İran arasında pərdəarxası diplomatik təmaslar yenidən qızışıb. Vaşinqton və Tehran dondurulmuş aktivlərin azad olunması, uranın zənginləşdirilməsi səviyyəsinin endirilməsi və beynəlxalq müfəttişlərin ölkəyə qayıtması məsələlərini masaya yatırıb.
BAKU.WS xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalı mötəbər mənbələrə istinadla məlumat yayıb.
Xəbərə görə, Qətər və Pakistanın vasitəçiliyi ilə tərəflər arasında ciddi danışıqlar prosesi bərpa olunub. Əldə ediləcək yekun razılaşma qarşılığında ABŞ İranın dondurulmuş 6–9 milyard dollar həcmindəki maliyyə vəsaitini azad edə bilər.
Razılaşmanın əsas detalları və şərtləri:
Dəniz blokadası götürülür: Hörmüz boğazının açılması və İrana qarşı dəniz məhdudiyyətlərinin dərhal ləğvi nəzərdə tutulur.
Uranın zənginləşdirilməsi: Tərəflər uranın 3,67% səviyyəsində zənginləşdirilməsinə icazə verilməsi barədə ilkin anlaşmaya yaxınlaşıblar. Vaşinqton bu həddə razılıq verib, Tehran isə şərti qəbul edib.
60%-lik uran tələbi: ABŞ İranın indiyədək 60 faizə çatdırdığı uranın zənginləşdirmə dərəcəsinin aşağı salınmasını tələb edir. Bu proses üçün üçüncü bir ölkənin cəlb olunması müzakirə edilir.
BAEA müfəttişləri qayıdır: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərinin İrana dönməsi üçün hazırlıqlar görülür, lakin yoxlamaların miqyası hələ dəqiqləşdirilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 10 Noyabr 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















