Beşiktaş ın anlaşdığı futbolçunun İstanbula gəlişi 3 cü dəfə təxirə düşdü
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
David Yurasek, Temmi Abraham və Orkun Kökçü kimi isimləri heyətinə qatmaqla adından söz etdirən ''Beşiktaş''ın 4-cü transferi hələ ki, düyünə düşüb. Kayl Uoker-Piters heç cür İstanbula gəlib çıxa bilmir.
"Football-plus.az" xəbər verir ki, onun Türkiyəyə gəlişi 3-cü dəfə təxirə salındı!
İstanbul nəhəngi ''Sauthempton''dan ayrılan və sərbəst futbolçu statusunda olan ingiltərəli cinah müdafiəçisi ilə hələ ötən həftəsonu ilkin anlaşma əldə etmişdi. Amma şənbə günü gəlməli olan Uoker-Piters əvvəlcə şəxsi işləri ilə əlaqədar bazar ertəsinə qədər vaxt istədi. Bazar ertəsi də gələ bilməyən futbolçunun çərşənbə günü gələcəyi açıqlandı. Çərşənbə günü isə ''Beşiktaş''dan yenə rəsmi açıqlama gəldi.
Belə ki, 28 yaşlı oyunçunun bu dəfə ailəvi səbəblər üzündən yenə gələ bilməyəcəyi qeyd olundu. Onun Türkiyəyə nə vaxt ayaq basacağı ilə bağlı dəqiq məlumat yoxdu.
Qeyd edək ki, ''Tottenhem''in yetirməsi olan və transfer dəyəri 15 milyon avro civarında olan Uoker-Piters 2020-ci ildən bu yana ''Sauthempton''un şərəfini qoruyurdu. O, bu klubda ümumilikdə 202 rəsmi oyuna çıxaraq 7 qol, 12 məhsuldar ötürmə ilə fərqlənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 30 İyul 2025 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















