“Beşiktaş”da ayrılıq: Sergen Yalçın postundan gedir
Icma.az, Sitat.info portalına istinadən məlumat verir.
"Beşiktaş" klubunda mühüm dəyişiklik baş verib.
Sitat.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub prezidenti Serdal Adalı ilə baş məşqçi Sergen Yalçın arasında keçirilən kritik görüş başa çatıb.
Məlumata görə, tərəflər qarşılıqlı razılıq əsasında yollarını ayırmaq qərarına gəliblər. Görüş Ümraniye Nevzat Demir Təlim Təsisləri ərazisində baş tutub.
Mövsümü Türkiyə Super Liqasında 4-cü pillədə tamamlayan və Türkiyə Kubokunun yarımfinal mərhələsində mübarizəni dayandıran "Beşiktaş”da nəticələrin ardından dəyişiklik qərarı verilib. İddialara əsasən, təcrübəli mütəxəssis istefa qərarı verib və bu gün klub tərəfindən rəsmi açıqlamanın yayımlanacağı gözlənilir.
Klub daxilində digər dəyişikliklərin də gündəmdə olduğu bildirilir. Belə ki, Futbol Komandaları Koordinatoru Serkan Reçberin də vəzifəsindən azad ediləcəyi ehtimal olunur.
Rəsmi açıqlamanın yaxın saatlarda verilməsi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 18 May 2026 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















