“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Qarabağ”ın son 5 mövsümdə avrokuboklardakı çıxışı ilə bağlı maraqlı statistika açıqlanıb.
QOL.az xəbər verir ki, “Football Meets Data” analitik platforması (Xorvatiya) Avropa klublarının heyət dəyəri ilə UEFA reytinqində qazandıqları xalları müqayisə edib.
Araşdırmaya əsasən, Şotlandiyanın “Seltik” klubunun heyətinin dəyəri 158 milyon avro, “Qarabağ”ın isə 22 milyon avrodur. Beləliklə, Şotlandiya təmsilçisinin heyəti Azərbaycan çempionundan 7 dəfədən çox bahadır.
Buna baxmayaraq, komandaların avrokuboklarda hər mövsümə düşən orta UEFA xalları demək olar ki, eynidir. “Seltik” orta hesabla 8,8, “Qarabağ” isə 8,5 xal toplayıb.
Araşdırmada digər klublarla bağlı da maraqlı göstəricilər yer alıb.
“Mançester Yunayted”in heyətinin dəyəri 813 milyon, “Frayburq”un isə 215 milyon avrodur. Lakin onların mövsümlük orta UEFA xalları müvafiq olaraq 19,1 və 18,8-dir.
“Beşiktaş”ın heyəti 165 milyon, Norveçin “Budyo-Qlimt” klubunun heyəti isə 41 milyon avro dəyərində qiymətləndirilir. Bununla belə, Norveç təmsilçisi hər mövsüm orta hesabla 12,8, Türkiyə klubu isə cəmi 3,8 UEFA xalı qazanıb.
Qeyd edək ki, araşdırmada 2021/22 - 2025/26 mövsümlərinin göstəricilərindən istifadə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 29 Oktyabr 2026 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















