Icma.az
close
up
RU
“Beşiktaş”dan ardıcıl 2ci qələbə

“Beşiktaş”dan ardıcıl 2ci qələbə

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Avropa Liqasının əsas mərhələsində ötən tur “Qalatasaray”ın ev oyunu irəli çəkilmişdisə, bu dəfə “Beşiktaş” ev oyununu çərşənbə günü keçirdi.

İstanbul nəhəngi bizim futbolsevərlərə yaxşı tanış olan “Malmö”nü qəbul etdi. Van Bronkhorst zədəli İmmobilenin yoxluğunda hücumun mərkəzində Semih Kılıçsoya şans verdi. Gənc futbolçu bu mövsüm əsasən vinger kimi oynayırdı. Aşağı tempdə keçən ilk yarıda qonaqlar daha baxımlı təsir bağışladı.
Mərt Günok bir epizodda komandasını real qoldan xilas etdisə, Bakıda “Qarabağ”a iki qol vuran Botheym fasilə ərəfəsində yaxın məsafədən “çərçivə”yə düşə bilməyərək yaxşı fürsəti əldən verdi. “Beşiktaş” ikinci yarıya daha yaxşı başlasa da, təhlükə yenə qonaqlardan gəldi. Bu dəfə Masuaku topu qapı xəttindən uzaqlaşdırdı. Yerli fanatlar, nəhayət, 76-cı dəqiqədə ayağa qalxdılar. Son matçlarda məhsuldar oyun sərgiləyən albaniyalı Muçi Svenssonun ötürməsindən sonra topu tora göndərdi. Çox keçmədən Semih Kılıçsoy fərdi keyfiyyətləri sayəsində komandasının üstünlüyünü möhkəmləndirdi. “Malmö” layiq olduğu qolu yalnız son saniyələrdə vurdu. Amma necə deyərlər, qatar artıq getmişdi. Ötən tur səfərdə “Lion”u məğlub edən “Qartal” ardıcıl 2-ci qələbə sayəsində xalını 6-ya çatdıraraq turnir cədvəlində mövqeyini xeyli yaxşılaşdırdı.
Avropa Liqası, əsas mərhələ, 4-cü tur
Beşiktaş – Malmö (İsveç) 2:1
Muçi, 76. Semih Kılıçsoy, 85 – Rieks, 90+3.
Beşiktaş: Ərsin Destanoğlu, Svensson, Uduoxay, Əmirhan Topçu, Masuaku, Ndur, Fernandeş (Salih Uçan, 90+6), Rafa Silva, Mario (Əl Musrati, 86), Muçi (Semih Kılıçsoy, 66), İmmobile (Onur Bulut, 86).
Faktlar
* “Beşiktaş” avrokuboklarda 248-ci oyunda 94-cü qələbəsini qazandı (49 heç-heçə, 105 məğlubiyyət, top fərqi – 332:377).
* “Beşiktaş” “Malmö”yə qarşı keçirdiyi 7-ci oyunda cəmi 2-ci qələbəsini qazandı (1 heç-heçə, 4 məğlubiyyət).
* “Beşiktaş” 2016/17-dən bəri ilk dəfə AL-də ardıcıl iki qələbə qazandı.
* Van Bronkhorst məşqçi karyerasında ilk dəfə AL-də ardıcıl iki qələbəyə sevindi. Maraqlıdı ki, hətta “Reyncers” də onun başçılığı altında 2021/22-də bu turnirdə finala qədər irəlilədiyi vaxt ardıcıl 2 qələbə qazana bilməmişdi.
Oyundan sonra
Covanni van Bronkhorst, “Beşiktaş”ın baş məşqçisi:

“Hər baxımdan çox dəyərli 3 xal qazandıq. İlk iki oyundakı məğlubiyyətlərə lazımi reaksiya verdik. Son iki oyunda 6 xal qazanmağımız bunu bir daha göstərir. Oyunçularımla qürur duyuram. Oyunun ən həlledici məqamlarında canavar kimi müdafiə olundular. Tempimiz və aqressivliyimiz məni qane etdi. Amma çalışmalıyıq ki, sabit oynayaq. Ötən şənbə günü superliqada sərgilədiyimiz futbolla bugünkü futbol arasında böyük fərq var. Bu mövsüm komandaya bir çox yeni oyunçu gəlib. Onlar uyğunlaşma dönəmini hələ başa vurmayıb. Bu gün bir çox futbolçu yaxşı oynadı və ümidlərimi doğrultdu. Maksimum səviyyələrinə yaxın futbol sərgilədilər. Belə oynadıqda qələbə qazanmaq da asanlaşır. “Makkabi”yə qarşı növbəti oyunu evdə keçirə bilməyəcəyik. Bu, bizim əleyhimizə olan məqamdı. Amma qalib gəlib xalımızı 9-a yüksəltməyə çalışacağıq. Hər növbəti qələbə bizi pley-offa bir qədər də yaxınlaşdırır. Rəqib məşqçi nəticənin ədalətli olmadığını düşünür? Bəli, onların da fürsətləri oldu. Amma futbolda elə günlər olur ki, istədiyini ala bilmirsən”.


Henrik Ridström, “Malmö”nün baş məşqçisi:

“Yaxşı fürsətlər yaxaladıq. Məğlubiyyətə layiq deyildik. Sadəcə, bizdən fərqli “Beşiktaş” əlinə düşən fürsətləri qola çevirdi. Həm də ilk qolu buraxandan sonra bir qədər həvəsdən düşdük. Bunu oyunumuzdan da hiss etmək olardı. Sona qədər də toparlana bilmədik. Amma 90 dəqiqəlik mübarizəyə baxsaq, biz qələbəyə daha yaxın tərəf idik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Noyabr 2024 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see573

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see499

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see432

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see324

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see264

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see228

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see227

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see180

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see174

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see167

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri