Beşinci qrupda müsabiqə necə aparılır? DİM dən açıqlama
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 18 avqust, AZƏRTAC
V ixtisas qrupu üzrə müsabiqə qəbul imtahanının birinci mərhələsinin və qabiliyyət imtahanının nəticələrinə əsasən aparılır. Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müsabiqədə cari ilin buraxılış imtahanındakı nəticələri əsasında iştirak edirlər.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən ixtisaslar üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun bal əsasında aparılır. Yekun balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə ardıcıl olaraq abituriyentin qəbul imtahanında topladığı ümumi bal, attestatdakı müvafiq fənlər üzrə yekun qiymətlərin ədədi ortası, riyaziyyat fənni üzrə imtahan balı və Azərbaycan dili (və ya rus dili) fənni üzrə imtahan balı nəzərə alınır.
Qabiliyyət imtahanlarının nəticələri məqbulla qiymətləndirilən ixtisaslar üzrə müsabiqə isə abituriyentin qəbul imtahanında topladığı ümumi bal əsasında aparılır. Bütün balları eyni olan abituriyentlər arasında fərqləndirmə aparılarkən ilk növbədə attestatdakı fənlərin ədədi ortası, daha sonra riyaziyyat və ana dili fənləri üzrə imtahan balları əsas götürülür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 20 Avqust 2026 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















