Bessent: ABŞ çox güman ki, Çinə qarşı 100 faizlik tariflər tətbiq etməyəcək
Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Report"un məlumatına görə, bu barədə ABŞ-nin maliyyə naziri Skot Bessent CBS News telekanalının efirində bildirib.
Malayziyada Çinlə ticarət danışıqlarını şərh edən Bessent, görüşü müsbət dəyərləndirib.
Nazir qeyd edib ki, Malayziyada iki günlük danışıqlardan sonra dövlətlərin nümayəndə heyətləri gələn həftə baş tutacaq görüşdə ABŞ Prezidenti Donald Tramp və Çin sədri Si Cinpin arasında müzakirə üçün ticarət fikir ayrılıqlarının həlli üçün əsas hazırlaya biliblər.
Onun sözlərinə görə, Çinə 100% rüsum tətbiq etmək ehtimalı faktiki olaraq gündəmdən çıxarılıb: "Mən gözləyərdim ki, 100% tariflər təhlükəsi, eləcə də Çinin dərhal bütün dünyaya ixraca nəzarət rejimi tətbiq etməsi təhlükəsi keçib. Yekun şərtlər iki lider arasında müzakirə olunacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 26 Oktyabr 2025 19:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















