Icma.az
close
up
RU
Bəstəkar Sevda İbrahimovanın 85 illiyi ilə bağlı ənənəvi kitab sərgisi açılıb AZƏRTAC

Bəstəkar Sevda İbrahimovanın 85 illiyi ilə bağlı ənənəvi kitab sərgisi açılıb AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 28 noyabr, AZƏRTAC

Milli Kitabxanada “Görkəmli bəstəkar Sevda İbrahimova - 85” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Xalq artisti, professor Sevda İbrahimovanın həyatı, yaradıcılığı, elmi fəaliyyəti haqqında kitablar, müxtəlif janrlı not-musiqi əsərləri, filmlər və tamaşalar üçün bəstələdiyi not məcmuələri, dövri mətbuatda çap olunan məqalələr və s. Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, Sevda İbrahimova 1939-cu il noyabrın 28-də Xalq yazıçısı Mirzə İbrahimovun ailəsində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının Piano (M.Brennerin sinfi) və Bəstəkarlıq (Q.Qarayevin sinfi) fakültələrində təhsil alıb.

Sevda İbrahimova iki operanın (“Nənəmin nağılları”, “Biri vardı...”), beş fortepiano konsertinin, orqan, tar və orkestr üçün konsertlərin, kantataların, kamera-instrumental və vokal kompozisiyalarının, fortepiano solo üçün çoxsaylı silsilələrin, uşaqlar üçün müxtəlif janrlı əsərlərin, filmlər və tamaşalar üçün musiqilərin müəllifidir. Əsərləri ABŞ, Fransa, İsveç, Almaniya və digər ölkələrin konsert salonlarında ifa edilib.

Bəstəkarın orqan və simli orkestr üçün konsert, qoboy və piano üçün “Qəmginlik” pyeslər silsiləsi, skripka və kamera orkestri üçün musiqi, 2 piano üçün “Azərbaycan təranələri” pyeslər silsiləsi, tar və simli orkestr üçün “Sənin üçün darıxıram, Şuşam”, səs, tar və simli orkestr üçün “Qurbansız qalan tarım”, simli orkestr üçün “Vətən düşüncələri” və digər əsərləri musiqi mədəniyyətimizin diqqətəlayiq nümunələrindəndir.

O, N.Gəncəvi, M.Şəhriyar, S.Vurğun, B.Vahabzadə, M.Araz, H.Ziya, R.Zəka, M.Dilbazi, H.Bülluri və başqa şairlərin sözlərinə qəlbəyatan mahnı və romanslar bəstələyib. Nəğmələri tanınmış müğənnilərin ifalarında ürəklərə yol tapıb.

Sevda İbrahimovanın Azərbaycan mədəniyyətinin inkişafındakı səmərəli xidmətləri qiymətləndirilib. O, bir çox mükafatlara və təltiflərə, o cümlədən 1989-cu ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. 1994-cü ildə professor elmi adını alıb. 2005-ci ildə isə ona “Azərbaycanın Xalq artisti” fəxri adı verilib.

Görkəmli bəstəkar Sevda İbrahimova 2022-ci il iyulun 17-də, ömrünün 83-cü ilində vəfat edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Noyabr 2024 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri