Milli Kitabxanada “Həsən Həsənov 85” adlı ənənəvi kitab sərgisi açılıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 19 oktyabr, AZƏRTAC
Milli Kitabxanada Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, diplomat, tarixçi-alim Həsən Həsənovun anadan olmasının 85 illiyi münasibətilə “Həsən Həsənov - 85” adlı ənənəvi kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə alimin elmi tədqiqatları, tarix elmimizə qiymətli töhfələr verən və geniş oxucu dairəsinin maraqla qarşıladığı dəyərli elmi-siyasi əsərləri, həyatı, elmi, ictimai-siyasi fəaliyyəti haqqında Azərbaycan və xarici dillərdə kitablar, dövri mətbuat materialları nümayiş olunur.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Həsən Əziz oğlu Həsənov 2014-cü il sentyabrın 1-də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2020-ci il dekabrın 30-da diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 19 Oktyabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















