Icma.az
close
up
RU
Bəstəkarlar İttifaqında tədbir Heydər Əliyev və musiqi mədəniyyəti

Bəstəkarlar İttifaqında tədbir Heydər Əliyev və musiqi mədəniyyəti

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev və musiqi mədəniyyəti” mövzusunda elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə Ulu Öndərin Azərbaycan mədəniyyətinə, xüsusilə musiqi sənətinə göstərdiyi misilsiz qayğıdan bəhs edib. O, Heydər Əliyevin musiqiçilərin ən yaxın dostu və himayədarı olduğunu vurğulayaraq, dahi rəhbərin uzaqgörən siyasəti sayəsində milli musiqi irsimizin beynəlxalq aləmdə tanındığını qeyd edib.

Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “Heydər Əliyev və musiqi mədəniyyəti”, Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının elmi işçisi, musiqişünas Fidan Nəsirova-Əhmədova “Heydər Əliyev və Azərbaycan Bəstəkarlar İttifaqının V Qurultayı”, Azərbaycan Bəstəkarlar İttifaqının Mətbuat xidmətinin rəhbəri Aysel Kərim isə “Milli musiqi mədəniyyətinin hamisi: Heydər Əliyev və Azərbaycan Bəstəkarlar İttifaqı” mövzusunda çıxış ediblər.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin milli musiqi sənətinə göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında mühüm rol oynayıb, Azərbaycan musiqisinin beynəlxalq miqyasda tanıdılmasına geniş imkanlar yaradıb.

Tədbir bədii hissə ilə davam edib.

Ulu Öndər Heydər Əliyevin öz ifasında səslənən “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısının videoyazısı təqdim olunub.

Proqramın davamında bəstəkar Azad Zahidin Abdulla Qurbaninin sözlərinə bəstələdiyi “Bayraq müqəddəsdir” əsəri (vokal: Cahangir Qurbanov) videoçarx formatında nümayiş etdirilib.

Tədbirin kulminasiya nöqtəsi isə bəstəkar İlahə Qismətin Ulu Öndərin əziz xatirəsinə həsr etdiyi, solistlər, xor və orkestr üçün yazılmış “Sən dahisən” kompozisiyasının təqdimatı olub. Əsər Arif Aslanovun bədii rəhbərliyi ilə “Avanqard” kamera orkestri və Azərbaycan Milli Konservatoriyasının Tələbə Xoru (xormeyster: Əməkdar müəllim Təranə Yusifova) tərəfindən ifa olunub. Kompozisiyanın solistləri Xalq artisti Heydər Anatollu, Orxan Cəlilov və müəllif özüdür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2026 22:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri